Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bu gün “Eurovision-2017”nin qalibi məlum olacaq

© REUTERS / Gleb Garanich“Eurovision-2017” mahnı müsabiqəsinin finalçıları
“Eurovision-2017” mahnı müsabiqəsinin finalçıları - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanı müsabiqədə təmsil edən Diana Hacıyeva 12-ci sırada çıxış edəcək

BAKI, 13 may — Sputnik. Bu gün Kiyevdə “Eurovision-2017” mahnı müsabiqəsinin finalı keçiriləcək.

İki yarımfinalın nəticəsinə uyğun olaraq, finalda 26 ifaçı mübarizə aparacaq.

Bu il müsabiqədə rekord sayda — 42 ölkə iştirak edib.

Final şousu Bakı vaxtı ilə saat 23.00-da başlayacaq. Finalda iştirakçı ölkələrin tamaşaçıları öz təmsilçiləri istisna olmaqla iştirakçılara səs verə bilərlər. 2016-cı ildən səslərin sayılması qaydaları dəyişdirilib: peşəkar münsiflər və televiziya tamaşaçıları müsabiqə iştirakçılarına ayrı-ayrılıqda səs verirlər. Nəticələr elan olunduqda əvvəlcə münsiflərin balları açıqlanacaq. Bundan sonra aparıcılar tamaşaçıların səsverməsinin nəticələrini elan edəcəklər.

Azərbaycanı müsabiqədə təmsil edən Diana Hacıyeva 12-ci sırada çıxış edəcək.

Xəbər lenti
0