Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Komada olan məşhur müğənnidən xəbər var

© Photo : PUBLIC DOMAINİbrahim Erkal
İbrahim Erkal - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda müğənni süni qəfəs borusu ilə həyat uğrunda mübarizə aparır

BAKI, 25 aprel — Sputnik. Ötən həftə məşhur türk müğənnisi və bəstəkarı İbrahim Erkalın beyinə qansızma ilə xəstəxanaya yerləşdirildiyi xəbərini vermişdik. Həkimlər hələ ilk gündən ağır vəziyyətdə reanimasiya şöbəsinə çatdırılan müğənninin vəziyyətinin ürəkaçan olmadığını söyləmişdilər.

İbrahim Erkal - Sputnik Azərbaycan
SƏHİYYƏ
Məşhur müğənni-aktyor təcili xəstəxanaya yerləşdirildi

Xəstəxana rəhbərliyi İbrahim Erkalın əməliyyat sonrası sağalma şansının 1% olduğunu bildirsə də, müğənnin ailəsi əməliyyata razı olmuşdu. Sputnik Azərbaycan "Milliyet"-ə istinadən xəbər verir ki, əməliyyatdan bir həftə keçsə də, İbrahim Erkalın səhhətində heç bir dəyişiklik baş verməyib.

Bu gün isə həkimlər müğənnini sevənləri məyus edəcək yeni açıqlama veriblər. Onlar, İbrahim Erkalın ürəyinin çalışdığını, ancaq 99% beyin ölümü keçirdiyini bildiriblər. Hazırda müğənni süni qəfəs borusu ilə həyat uğrunda mübarizə aparır.

Xəbər lenti
0