Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Görkəmli sənətkar yad edilib

© Photo : PUBLIC DOMAINHəsən Əbluc
Həsən Əbluc - Sputnik Azərbaycan
Abunə olmaq
Həsən Əblucun həyat və yaradıcılığından bəhs edən "Bir odlu ürəkdir" adlı film nümayiş olunub

BAKI, 21 aprel — Sputnik. Bu gün Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə tanınmış aktyor və rejissor, bədii qiraət ustası Həsən Əblucun 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin mədəniyyət siyasəti sektorunun aparıcı məsləhətçisi Tomris Hacıyeva, Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova, bəstəkar, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, pedaqoji elmlər doktoru, professor, əməkdar müəllim Oqtay Rəcəbov, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhimdar Cəmiyyətinin ədəbiyyat və incəsənət redaksiyasının baş redaktoru, əməkdar incəsənət xadimi Şəfəq Sultan, kinorejissor, aktyor, əməkdar artist Elxan Qasımov, əməkdar artist Azad Şükürov, xalq artisti, rejissor Ramiz Həsənoğlu, xalq artisti Yasin Qarayev, Azərbaycan kino rejissoru, Həsən Əblucun qardaşı Ənvər Əbluc eləcə də, KİV nümayəndələri iştirak ediblər.

Tədbiri G.Hüseynova açaraq, Həsən Əbluc yaradıcılığında janr müxtəlifliyi fonunda məqsəd ümumbəşəri dəyərlərin qorunduğunu bildirib.

Həsən Əblucun həyat və yaradıcılığından bəhs edən "Bir odlu ürəkdir" adlı film nümayiş olunub.

Daha sonra "Pəncərə" filmindən fraqment təqdim olunub.

Xəbər lenti
0