03:15 17 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8825
Кинофестиваль в Каннах. Премьера фильма Квентина Тарантино Бесславные ублюдки

Yüz milyonların sevimlisi karyerasını başa vurdu

© Sputnik / Екатерина Чеснокова
MƏDƏNİYYƏT
Qısa URL
36 0 0

8 yaşlı qızları parkda yıxılaraq başı daşa dəyəndən sonra, məşhur Hollivud cütlüyü yenidən birləşməyə cəhd edir

BAKI, 18 apr — Sputnik. Bred Pittlə boşanma Ancelina Colinin həyatında böyük dəyişikliyə səbəb olub.

Sputnik Azərbaycan Qərb mediasına istinadla xəbər verir ki, məşhur ulduz aktyor karyerasını başa vurmaq qərarına gəlib.

"Malefisenta" fantastik filminin ikinci hissəsindəki rolu onun sonuncu kino işi olacaq.

Məlumata görə, Coli vaxtının çox hissəsini ailə vəzifələrinə və altı uşağına həsr etmək niyyətindədir.

Bununla belə, Coli xeyriyyə layihələri ilə işə konsentrə olur. Bundan sonra o, səyahətə və dünyanın müxtəlif guşələrindəki qaçqınları ziyarət etməyə daha çox vaxt ayıracaq.

Ancelina Coli - Hollivud aktrisası
© AFP 2019 / Daniel LEAL-OLIVAS

Ulduza yaxın mənbələr bildirirlər ki, Ancelina kino dünyasından tamamilə uzaqlaşmayacaq. O, indi ssenarilər yazacaq, rejissura ilə məşğul olacaq və yeni filmlərin prodüserliyini edəcək.

Ancelina özü, gələcək planları ilə bağlı hər hansı rəsmi açıqlama və ya şərh verməyib.

KİV-də yayılan məlumatlara görə, Pitt keçmiş həyat yoldaşı ilə yenidən qovuşmaq niyyətindədir. O, bu qərara 8 yaşlı qızı Vivyenin Londondakı Hayd-parkda dayəsi ilə birlikdə gəzərkən yıxılaraq başına möhkəm zərbə dəydiyi barədə informasiya aldıqdan sonra gəlib.

İnsident dayə qadın əkiz tayı olan qızı velosipeddə apararkən baş verib. Həmin vaxt Ancelina özü ümumiyyətlə ölkədə olmayıb. Bu xəbər Pitti özündən çıxarıb və indi o özü Colidən qisas almaq niyyətindədir. Pitt həmişə Colini uşaqlara lazımi diqqət və qayğı göstərməməkdə günahlandırır.

Əlaqədar

Ancelina Coli Kamboca genosidi haqda film çəkir
Ancelina Coli II Yekaterinanı canlandıracaq
Rəcəb Tayyib Ərdoğan iftarda Ancelina Coli ilə görüşəcək
Ancelina Coli Türkiyədəki Suriya qaçqınlarını ziyarət edib
Teqlər:
Hayd-park, "Malefisenta" fantastik filmi, Hollivud ulduzu, kino, Bred Pitt, Ancelina Coli, Hollivud

Əsas mövzular