Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Xalq artistimiz bu dəfə Minskdə Karmeni canlandıracaq

© Photo : PUBLIC DOMAINFidan Hacıyeva
Fidan Hacıyeva - Sputnik Azərbaycan
Abunə olmaq
Xalq artisti Fidan Hacıyeva və gənc dirijor - əməkdar artist Əyyub Quliyev Minskə qastrol səfərinə yollanacaqlar

BAKI, 15 apr — Sputnik. Həmyerlilərimiz Belarusda “Karmen” tamaşasının səhnələşdirilməsində iştirak edəcəklər.

Azərbaycan Dövlət Akademik Opera teatrının mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycan Dövlət Akademik Opera teatrının və Balet Teatrı ilə Belarus Milli Akademik Böyük Opera və Balet Teatrı ilə mədəni əməkdaşlıq əlaqələri haqqında bağlanmış memorandum çərçivəsində aprelin 18-də teatrın solisti, respublikanın xalq artisti Fidan Hacıyeva və gənc dirijor — əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev Minskə qastrol səfərinə yollanacaqlar.

Minskdə aprelin 20-də baş tutacaq Jorj Bizenin "Karmen" operasının tamaşasında Fidan Hacıyeva baş rolda — Karmen rolunda çıxış edəcək, Əyyub Quliyev isə tamaşanı idarə edəcək.

Xəbər lenti
0