Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Bəxt üzüyü"nü səhnələşdirən ilk rejissor

© Photo : Azerbaijanfilm / 1991"Bəxt üzüyü" filmindən kadr
Bəxt üzüyü filmindən kadr - Sputnik Azərbaycan
Abunə olmaq
Əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyev 9 aprel 2006-cı ildə vəfat edib

BAKI, 9 apr — Sputnik. Bu gün görkəmli Azərbaycan aktyoru, rejissoru, әmәkdar incəsənət xadimi Atakişiyev Hüseynağa Ağaһüseyn oğlunun vəfat etdiyi gündür. O, 8 sentyabr 1949-cu ildə Bakıda anadan olub. M. Əliyev adına İncəsənət İnstitutunu bitirdikdən sonra (1975) bir müddət Şəki Dövlət Teatrında işləyib. Məhz orada Vaqif Səmədoğlunun məşhur "Bəxt üzüyü" əsərini səhnəyə qoyan ilk rejissor olub.

Novruz Qartal - Sputnik Azərbaycan
Aktyor: “Bizim teatrda boş yer olmur”

Sonra Dram Teatrında baş rejissor kimi fəaliyyət göstərib. 1989-cu ildə Gənclər Teatrını açıb və vəfatına qədər teatrın bədii rəhbəri və direktoru olub. «Üzeyir ömrü» bәdii televiziya filmindә Hacıbəyovun obrazını yaradıb, 1995-ci ildә İstanbulda Hacıbəyovun «Arşın mal alan» musiqili komediyasını tamaşaya qoyub.

Hüseynağa Atakişiyev 3 dəfə evlənib. İlk evliliyi aktrisa Gülşad Baxşıyeva ilə olub. Onların 2 oğlu var idi. Aktyor ikinci dəfə aktrisa Şahzadə Babayeva ilə evlənib və bu evlilikdən bir oğlu olub. Nəhayət, aktyor üçüncü dəfə aktrisa Nəsibə Eldarova ilə evlənir. Bu evlilikdən övladı olmayıb.

Əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyev 9 aprel 2006-cı ildə vəfat edib.

Xəbər lenti
0