15:08 28 İyul 2017
Canlı yayım
Cavid Məmmədov

"Avroviziya" qalibinin etirazına baxmayaraq həmyerlimiz növbəti mərhələdə

© Foto: Facebook / Джавид Мамедов
MƏDƏNİYYƏT
Qısa URL
10302

Cavid iştirakını tanınmış uktaynalı müğənni Sergey Babkinin komandasında davam etdirəcək

BAKI, 20 mart — Sputnik. Gəncəli müğənni Cavid Məmmədov "Ukraynanın səsi" ("Голос Украины") musiqi müsabiqəsinin üçüncü turuna vəsiqə qazanıb.

Müğənninin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, o müsabiqənin digər iştirakçısı Nailə İbrahimova ilə duetdə məşhur "Lean on major lazer" mahnısını ifa edib.

"Mahnı mənim səsim üçün olmasa da, hər şey əla oldu. Biz gözəl müğənni Nailə ilə hər şeyi lazımi qaydada etdik. İkimizin də üçüncü tura keçməsinə sevinirəm" — Məmmədov deyib. 

Cavid iştirakını tanınmış ukraynalı müğənni Sergey Babkinin komandasında davam etdirəcək. Münsiflərdən "Avroviziya"nın qalibi Camala üstünlüyü Nailə İbrahimovaya versə də, Babkin Məmmədovu layihədə saxlamaq qərarını qəbul edib.

Əsas mövzular