13:15 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
1601

İslam Manafovun ifasında olan əsərlər Avropa və ABŞ-ın bir çox yerli radiolarında səsləndirilib. Albomu eyni zamanda, iTunes, Spotify kimi onlayn platformalardan endirmək və dinləmək mümkündür.

BAKI, 14 mart — Sputnik. Martın 25-də Azərbaycan Respublikasının əməkdar artisti, tanınmış pianoçu İslam Manafovun dahi bəstəkar Frederik Şopenin əsərlərindən ibarət yeni albomunun Türkiyənin İstanbul şəhərində Cemal Reşit Rey Konsert zalında təqdimatı keçiriləcək.

10 Qremmi mükafatı laureatı, əfsanəvi produsser Kristofer Alderin rəhbərliyi ilə Almaniyanın Hannover şəhərindəki Bethoven zalında yazılmış CD-Albom artıq İsveçrə, Avstriya, Almaniya və digər ölkələrdə satışa çıxarılıb. 

İslam Manafov
© Photo : Şəxsi arxivindən
İslam Manafov

Soydaşımızın ifasında ərsəyə gəlmiş albomun Avropada ilk tanıtım konserti Avstriyanın Vyana şəhərində, Motsartın yaşadığı evdə keçirilib. Diplomatların, musiqi tənqidçilərinin, dünya şöhrətli musiqiçilərin dinlədiyi konsert anşlaqla keçib və dinləyicilərdə maraq yaradıb. 

Lüksemburqda çap edilən “Pizzicato” jurnalı və Amerikanın Atlanta şəhərindəki musiqi tənqidçisi Fil Muz soydaşımızın CD-Albomu haqqında yazaraq, onu yüksək qiymətləndiriblər. 

“Pizzicato” jurnalı yazır: “Əsərlərin strukturu inanılmaz dərəcədə yaxşı düşünülüb. Şopenin ən çətin əsərlərindən seçilmiş proqramın azərbaycanlı pianoçu İslam Manafov tərəfindən səsləndirilmiş yüksək səviyyədə ifası! Düşünürəm ki, Manafov bu ilk CD-albomunu gec yaşda yazdırsa da, bunu gözləməyə dəyərmiş. Şopenin hüznlərini, uşaqsayağı sevinclərini özünəməxsus bir toxunuşla bizə çatdırır. Hər bir əsərin sonunda yaşanan güclü duyğuları hiss etmək mümkündür. İslam Manafovun Şopenin musiqisindəki ifası davamlı böyüyərək irəliləyir və Manafov ağlında düşündüyü böyük rəsmi bizlərə çox dəqiq çatdırır. O, texnik pasajları elə asanlıqla çalır ki, ifasında sanki şəlalələrin səsini dinləyirsiniz. Manafovun mükəmməl ifasını dinlədiyiniz zaman necə böyük bir müdrik şəxsiyyətlə qarşı-qarşıya olduğunuzu anlayacaqsınız. Mütləq dinləyin!"

CD-Albomun üzlüyü
© Photo
CD-Albomun üzlüyü

Amerikalı musiqi tənqidçisi Fil Muz İslam Manafovun ifasını belə xarakterizə edib: "Bu adam möhtəşəmdir! Onun yazdırdığı bu ilk CD-albom Manafovun bütün dünyada daha da tanınmasına səbəb olacaq. Manafov Şopenin bütün əsərlərində çox güclü hissiyyata sahibdir. Əsərlərin mətnini çox gözəl anlayır və Şopenin güclü səs palitrasını öz ifası ilə ortaya çıxarır. Onun poetik ifası Steinway-D instrumentində çox parlaq bir biçimdə duyulur və mən daha öncə Steinway markalı royaldan bu böyüklükdə möhtəşəm səs çıxdığına şahid olmamışam!" 

Azərbaycanlı pianoçu İslam Manafovun ifasında olan bu əsərlər Avropa və ABŞ-ın bir çox yerli radiolarında səsləndirilib. Albomu eyni zamanda, iTunes, Spotify kimi onlayn platformalardan endirmək və dinləmək mümkündür.

Qeyd edək ki, Bakı Musiqi Akademiyasının dosenti İslam Manafov uzun illərdir Türkiyədə yaşayır və işləyir.

Əlaqədar

Çox sevdiyimiz musiqilərin adını bilmədiyimiz müəllifi
Azərbaycanlı musiqiçi ABŞ-da konsert verəcək
XX əsr musiqi tarixinin gedişini dəyişən çıxış
Azərbaycan musiqi sənətinin unudulmaz nümayəndəsi
Teqlər:
Pianoçunun albomunun təqdimatı, İslam Manafov, Frederik Şopen, Atlanta şəhəri, Avstriya, Vyana, İstanbul, Türkiyə, Avropa

Əsas mövzular