21:25 20 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Polad Bülbüloğlu, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri

Polad Bülbüloğlunun yüksək vəzifəyə namizədliyi irəli sürüldü

© Sputnik / Murad Orujov
MƏDƏNİYYƏT
Qısa URL
464441

Namizədlik rəsmi şəkildə baxılması üçün Azərbaycan tərəfindən təşkilatın İcrayyə Komitəsinə təqdim edilib

BAKI, 13 mart — Sputnik. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyi verilib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Azərbaycanın təşkilat yanında daimi nümayəndəliyinin rəhbəri Anar Kərimov bildirib.

Namizədlik rəsmi şəkildə baxılması üçün Azərbaycan tərəfindən təşkilatın İcrayyə Komitəsinə təqdim edilib. Seçkilər bu ilin payızında keçiriləcək.

Qeyd edək ki, YUNESKO-nun hazırkı baş direktoru İrina Bokovanın səlahiyyət müddəti bu il başa çatır. O, 2009-cu ildən bu vəzifəni icra edir, 2013-cü ildə ikinci dəfə baş direktor seçilib.

Əlaqədar

Polad Bülbüloğlu Rusiya DİN rəhbəri ilə miqrasiya məsələlərini müzakirə edib
Polad Bülbüloğlu: Təəccüblənməyin, Yeni ildən xoşum gəlmir
Polad Bülbüloğlu Moskvadakı Türkiyə səfirliyində olub
Polad Bülbüloğlu: Sterliqov cinayət məsuliyyətinə cəlb olunmalıdır
Teqlər:
baş direktor, YUNESKO, Polad Bülbüloğlu, Rusiya, Azərbaycan, səfir

Əsas mövzular