Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Məşhur aktrisa ikinci dəfə boşanır

© AFP 2023 / MARTIN BUREAUСкарлет Йохансон. Архивное фото
Скарлет Йохансон. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Aktrisa boşanmaq üçün Manhetten Ali məhkəməsinə müraciət edib. Ərizədə o, "nikahının geri qaytarılması mümkün olmayan bir şəkildə" pozulduğunu yazıb.

BAKI, 8 mart — Sputnik. Məşhur amerikalı aktrisa Skarlett Yohansson ikinci əri Romen Doriakdan da boşanmaq qərarına gəlib. Bu barədə Sputnik Azərbaycan New York Post-a istinadən xəbər verir.

Aktrisa boşanmaq üçün Manhetten Ali məhkəməsinə müraciət edib. Ərizədə o, "nikahının geri qaytarılması mümkün olmayan bir şəkildə" pozulduğunu yazıb. Aktrisa üç yaşlı qızları üzərində əsas qəyyumluğun ona verilməsini istəyib. 

Doriakın vəkilləri isə bildiriblər ki, hüquqi müstəvidə mübarizə aparmaq fikrindədirlər.

Yohansson və Doriak 2014-cü ildə qızları anadan olandan sonra evləniblər.

2016-cı ildə Yohansson Forbes jurnalının versiyasına görə, ən çox qazanc gətirən aktyorlar siyahısına başçılıq edib. Onun çəkildiyi filmlər kinoteatrlarda 1,2 milyard dollar toplayıb.

Xəbər lenti
0