23:58 01 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
3311

Şahin Növrəsli Azərbaycan muğamının melodiyaları ilə ənənəvi caz ritmlərini sintez edərək öz musiqisində Şərq və Qərb mədəniyyətlərini birləşdirir

BAKI, 12 fev — Sputnik. Cazmen, Azərbaycanın Əməkdar artisti Şahin Növrəsli may ayında ABŞ-da konsert proqramları ilə çıxış edəcək.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla bildirir ki, Şahin Növrəsli mayın 13-də Pitsburqun “Manchester Craftsman Guild” məkanında, mayın 15-də isə Vaşinqtondakı “Blues Alley” klubunda konsert proqramları ilə çıxış edəcək.

Şahin Növrəsli Azərbaycan muğamının melodiyaları ilə ənənəvi caz ritmlərini sintez edərək öz musiqisində Şərq və Qərb mədəniyyətlərini birləşdirir. O, Keni Viler, Uday Mazumdar, Alison Miler, Neytn Pek, Aleks Pek və digər tanınmış musiqiçilərlə birlikdə çıxış edib, albomlar yazdırıb. Cazmenin “Emanation” adlı yeni albomu tezliklə təqdim ediləcək.

Əlaqədar

Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert keçirilib
Xalq artisti: "SSRİ-də doğulmuşlar" adlı konsert proqramına ilk dəfədir qatılıram
Reperlərin konsertində qan düşdü
Teqlər:
Manchester Craftsman Guild, Emanation, Caz konserti, Alison Miler, Uday Mazumdar, Aleks Pek, Neytn Pek, Keni Viler, Şahin Növrəsli, Pitsburq, Vaşinqton, ABŞ, Azərbaycan

Əsas mövzular