08:26 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
MƏDƏNİYYƏT
Qısa URL
356

İlqar Safat: "Əgər 10 il və daha əvvəlki dövrü xatırlasaq, hazırda kino istehsalında vəziyyət bir qədər yaxşıdır"

BAKI, 9 fev — Sputnik. "Son zamanlar böyük ölçüdə yeni filmlər çəkilir. Onlardan bir çoxu ölkəni xarici festivallarda ləyaqətlə təmsil edir. Amma onların arasında elələri də var ki, bir çox hallarda tənqid hədəfinə çevrilirlər. Bir sözlə, kəmiyyət heç də həmişə keyfiyyət demək deyil. Müasir Azərbaycan kinosu necədir? Onun mənfi və müsbət tərəflərini Sputnik Azərbaycan-a Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov izah edib. 

Onun sözlərinə görə, 2008-2018-ci illərdə kinonun inkişafına həsr olunan proqramlar sayəsində “Azərbaycanfilm” kinostudiyası bir sıra uğurlu layihələr həyata keçirib ki, hazırda onlar ölkəmizi dünyada təmsil edir. 

"Ölkədəki film çəkilişləri ilə bağlı situasiyanı ümumilikdə qiymətləndirsək, kəmiyyət baxımından o rekord həddədir. Tammetrajlı kinofilmlərin istehsalına müstəqil prodüser şirkətləri də qoşuldu. Onlar böyük həcmdə, xüsusilə komediya əsaslı yeni filmlər təqdim etdilər. Bu filmlərdən bir çoxu pul yığmaqda hətta ən yaxşı Amerika kinolarını da arxada qoyublar. Mən onların bədii keyfiyyətlərini nəzərdən keçirmirəm, amma ümid edirəm ki, kəmiyyətin keyfiyyətə keçməsi qanunu burada da işləyəcək” — Hətəmov deyir.

Mütəxəssisin fikrincə, müasir kinonun problemləri istehsalın bütün mərhələlərində prosesi tənzimləyəcək bir sistemlə bağlıdır ki, bu da təkcə Azərbaycanla əlaqədar deyil. SSRİ-nin süqutundan sonra bütün postsovet ölkələri kinematoqrafda işçi mexanizminin olmaması problemi ilə qarşılaşdılar. 

 

Kinostudiyanın direktorunun dediyinə görə, hazırda bütün istehsalat məsələləri yeni yolla tənzimlənir və ölkəyə çəkiliş üçün ən yaxşı avadanlıqlar gətirilir. Bu isə texniki cəhətdən dünya standartlarına yaxınlaşmağa kömək edir. 

“Çoxlu işləmək lazımdır ki, dünyada bizim musiqimizi, incəsənətimizi və mədəniyyətimizi tanısınlar. Bu mənada kinematoqraflara həm asandır, həm də çətin. Bu, incəsənətin bütün növlərindən ən baha başa gələnidir. Hazırda biz lazımi əlaqələri qurmuşuq, qalıb yaxşı filmlər yaratmaq. Biz hazırda bunun üzərində işləyirik. Bu məsələdə avropalılara və amerikalılara oxşamaq lazım deyil. Biz heç vaxt onlar kimi kino çəkə bilməyəcəyik, biz öz filmlərimizi çəkməliyik” – Hətəmov bildirib. 

Məşhur rejissor İlqar Safat da hesab edir ki, əgər 10 il və daha əvvəlki dövrü xatırlasaq, hazırda kino istehsalında vəziyyət bir qədər yaxşıdır. Azərbaycan kinematoqrafı tədricən çətin vəziyyətdən çıxaraq özünü bərpa edir. 

"Bizimkilərin ən böyük problemi odur ki, bizim filmlər tamaşaçıya çatmır. Ona görə onları nümayiş etdirmək lazımdır. Filmlər çəkilir və unudulub gedir” – rejissor deyir. 

Xarici tamaşaçını maraqlandırmaq üçün keyfiyyətli film çəkmək lazımdır. Bunun üçün də kino sahəsindəki mütəxəssislər həm texnologiyalar baxımından, həm də bədii cəhətdən standartlara uyğun olmalıdırlar. Bu isə çox çətindir. Safatım sözlərinə görə, burada əsas rolu təcrübə oynayır və istehsalat infrastrukturuna da ehtiyac var. Bu isə zamanın işidir. 

Əlaqədar

Rejissor: “Azərbaycan kinosunun gücü komediyaya çatır”
Yeni “CinemaPlus” kinoteatrı açılacaq
"Əli və Nino" filminin uğurları və milli kinomuzdakı tendensiyalar
Kinoteatrların dublyaj problemi həllini tapmır
Kinomuzun "Ögey ana"sı
Azərbaycanda Rusiya kinosu günləri başlandı
Azərbaycan Kazanda keçirilən müsəlman kino festivalında təmsil olunur
Milli kino günündə Azərbaycan kinematoqrafçılarını təbrik etdilər
Teqlər:
müasir kinonun problemləri, Tammetrajlı kinofilmlər, yeni filmlər, rejissor, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası, İlqar Safat, Müşfiq Hətəmov, Azərbaycan

Əsas mövzular