Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

“Nazirin xanımı” tamaşası təqdim olunacaq

© Sputnik / Murad OrujovAzərbaycan Dövlət Akademik Milli Dram Teatrı
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı - Sputnik Azərbaycan
Abunə olmaq
Serb dramaturqu Branislav Nuşiçin "Nazirin xanımı" əsərinə tamaşaçılar Dövlət Akademik Milli Dram Teatrında baxa biləcəklər

BAKI, 9 fev — Sputnik. Fevralın 10-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında serb dramaturqu Branislav Nuşiçin eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Nazirin xanımı” tamaşası təqdim olunacaq. Teatrın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsayev, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistentləri Əməkdar Mədəniyyət İşçisi Rəfiqə Musayeva və Vüqar Məmmədovdur. 

Tamaşa - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Məktəblilər üçün tamaşalar paradı başlayır

Tamaşada rolları xalq artistləri Bəsti Cəfərova (Jivka) Hacı İsmayılov (Pera), əməkdar artistlər Şəlalə Şahvələdqızı (Dara), Aslan Şirinov (Çeda), Məsmə Aslanqızı və aktrisa Şəhla Əliqızı (Anka), aktyorlar Vüsal Mustafayev (Raşa), Ləman İmanova (Nata), əməkdar artistlər Əminə Babayeva (Sava xala), Əjdər Həmidov (Vasa dayı), İlham Hüseynov (Ninkoviç), Sabir Məmmədov (Rista), Firuz Xudaverdiyev (müəllim), aktyor Cümşüd Zeynalov (Polis) ifa edir.

Satirik əsərdəki hadisələr partiyadaxili münaqişələrin baş alıb getdiyi ölkəyə yeni baş nazir təyin olunması ilə başlayır. Bu satirik əsəri Azərbaycanda ilk dəfə 1970-ci ildə görkəmli rejissor Tofiq Kazımov səhnələşdirib.

Qeyd edək ki, iki hissəli səhnə əsərinin premyerası 2014-cü il fevral ayının 5-də keçirilib.

 

Xəbər lenti
0