Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Rusiyalı populyar teleaparıcı efirdə məşhur Azərbaycan mahnısını oxudu

© Sputnik / Vitaly Belousov / Mediabanka keçidMəşhur rusiyalı teleaparıcı, rejissor, jurnalist Leonid Parfyonov
Məşhur rusiyalı teleaparıcı, rejissor, jurnalist Leonid Parfyonov - Sputnik Azərbaycan
Abunə olmaq
Telejurnalist Leonid Parfyonov “Qaya” qrupunun sevilən hitlərindən birini Azərbaycan və rus dillərində oxuyub

BAKI, 1 fev — Sputnik. Məşhur rusiyalı teleaparıcı, rejissor, jurnalist Leonid Parfyonov həmişəki kimi tamaşaçıları təəccübləndirməyi bacarıb.

Bu dəfə “Dojd” telekanalının efirində yayımlanan “Ötən dövrün əsas mahnıları” adlı konsert proqramında Parfyonov ən yaxşı sovet hitlərini müasir üslubda səsləndirib. 

Onlardan biri də Azərbaycanın əfsanəvi “Qaya” kvartetinin ifasında səslənən “Ey həyat sən nə qəribəsən” kompozisiyası olub. Aparıcı bu mahnını rus və Azərbaycan dillərində səsləndirib. 

Bu barədə video Facebook sosial şəbəkəsində populyarlıq qazanmaqdadır. 

Sputnik Azərbaycan “Ey həyat sən nə qəribəsən” kompozisiyasını həm Leonid Parfyonov və “Meydelex” art-qrupunun ifasında, həm də müqayisə üçün “Qaya” qrupunun ifasında təqdim edir. 

Xəbər lenti
0