Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Məktəblilər üçün tamaşalar paradı başlayır

© Photo : Azərbaycan Dövlət Gənc Tamaşaçılar TeatrıTamaşa
Tamaşa - Sputnik Azərbaycan
Abunə olmaq
Üç tamaşanın nümayiş olunacağı parad yanvarın 30-dək davam edəcək

BAKI, 28 yan — Sputnik. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, məktəblilərin qış tətili günlərində teatrın repertuarında olan klassik Azərbaycan və Avropa dramaturqlarının əsərləri əsasında hazırlanmış tamaşaların paradı təşkil edilib. Teatrın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, parad yanvarın 30-dək davam edəcək.

Məktəblilər və şəhərimizin qonaqları yanvarın ayının 28-də saat 12.00, 14.00 və 16.00-da Y. Şvartsın "Qırmızı papaq", 29 yanvar tarixində H. X. Andersenin "Çirkin ördək balası" (saat 12.00, 14.00, 16.00), yanvarın 30-da isə Ə. Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları" (saat 12.00, 14.00, 16.00) tamaşalarını izləmək şansı əldə edəcəklər.

Xəbər lenti
0