07:16 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
13 0 0

Tədbirdə görkəmli sənətkar İsmayıl Dağıstanlının kino və teatr fəaliyyətindən danışılacaq

BAKI, 24 yan — Sputnik. Yanvarın 26-sı saat 15:00-da Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, SSRİ xalq artisti İsmayıl Dağıstanlının 110 illiyinə həsr edilmiş anım tədbiri keçiriləcək. Teatrın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, anım mərasimi Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatrı Xadimləri İttifaqının, Akademik Milli Dram Teatrının və Azərbaycan Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə baş tutacaq.

Tədbirdə görkəmli sənətkar İsmayıl Dağıstanlının kino və teatr fəaliyyətindən danışılacaq, onun Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən bəhs olunacaq. Anım mərasiminin ssenari müəllifi Çingiz Ələsgərli, rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğludur.

Qeyd edək ki, İ. Dağıstanlı 6 yanvar 1907-ci ildə Qax rayonunun Zərnə kəndində dоğulub. Səhnə fəaliyyətinə 1925-ci ildə Nuxa (Şəki) mərkəzi fəhlə-kəndli klubu nəzdindəki dram cəmiyyətində başlayıb. Bakı Teatr Texnikumunda təhsil alıb (1926-1930). 1927-ci ildən eyni zamanda təcrübəçi aktyor kimi Dram Teatrının səhnəsində kütləvi səhnələrdə çıxış edib. 1930-cu ildən fasilələrlə Dram Teatrında, İrəvan Dram Teatrında (1936-37) işləyib, Dərbənddə təşkil etdiyi Azərbaycan teatrının rejissoru və aktyoru olub (1932-1933).

1938-ci ildən Azərbaycan Milli Dram Teatrının səhnəsində klassik obrazlar silsiləsi yaradıb. Azərbaycan səhnəsində V.İ.Lenin rolunun ilk ifaçısı kimi məşhurlaşıb. Sənətdə qazandığı uğurlarına görə respublikanın əməkdar artisti, xalq artisti fəxri adlarına layiq görülüb. Ənvər Məmmədxanlının "Şərqin səhəri" pyesinin tamaşasındakı Kirov roluna görə 1948-ci ildə Stalin mükafatı, İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" dramındakı Böyük bəy rolu üçün 1972-ci ildə respublika Dövlət mükafatı ilə təltif olunub. Ömrünün sоn illərində Azərbaycan İncəsənət İnstitutunda kafedra müdiri vəzifəsində çalışıb.

Bir neçə aktyor və teatr haqqında kitabları nəşr olunub. İsmayıl Dağıstanlı 1 aprel 1980-ci ildə vəfat edib.

Əlaqədar

Xalq şairinin 110 illik yubileyi İstanbul və Ankarada qeyd olunacaq
Azərbaycan televiziya və radiosunun yubileyi münasibətilə təntənəli mərasim keçirilib
Xalq şairinin 110 illik yubileyi qeyd olunacaq
Görkəmli tarzənin yubileyi
Respublikanın keçmiş rəhbəri Vəli Axundovun yubileyi keçirilib
Teqlər:
İsmayıl Dağıstanlı, Akademik Milli Dram Teatrı, yubiley, teatr, kino, aktyor

Əsas mövzular