Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Münsiflər "Bakı yığması" ilə bağlı yekdil qərar qəbul ediblər

Abunə olmaq
Rəşad Əzizov: "Ermənistandan bir neçə komanda gəlmişdi, Azərbaycandan isə cəmi bir komanda"

BAKI, 23 yan — Sputnik. Şən və hazırcavablar klublarının (ŞHK) Rusiyanın Soçi şəhərində keçirilən 28-ci beynəlxalq festivalının seçmə mərhələsində Azərbaycanı təmsil edən "Bakı Yığması" Güclülər Liqasına çıxıb. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan ŞHK-nın rəhbəri Rəşad Əzizov məlumat verib.

Команда Сборная Баку на сцене 28-го Международного фестиваля КиВиН-2017 - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
“Bakı Yığması” Soçidəki beynəlxalq festivalın güclülər liqasında

Onun sözlərinə görə, yanvarın 22-də bizim şən və hazırcavablar festivalın qala-konsertində çıxış ediblər və öz adlarını "Güclülər liqası-2017"-yə yazdırıblar: "Nəzərə alanda ki, ilk gündən heç də hər şey asan olmayıb, bu, bizim üçün böyük uğurdur. Bizim düşmənlərimiz ŞHK səhnəsindən öz siyasi təxribatları üçün istifadə etməyə çalışdılar, amma istəklərinə nail ola bilmədilər".

"Ölkə rəhbərliyinin dəstəyi ilə biz ədaləti bərpa etməyə nail olduq. Əvvəlcə heç də hər şey yaxşı getmirdi. Amma qala-konsertdə bizim komanda gücünü artırdı. Biz yorulmaq bilmədən çalışdıq, hətta gecələr yatmadıq və bu, öz bəhrəsini verməkdədir" — Əzizov bildirib.

Onun sözlərinə görə, Azərbaycan ŞHK-nın çıxışından sonra münsiflər yekdil qərar qəbul ediblər ki, "Bakı yığması" bu il "Güclülər liqası-2017"-yə daxil olmalıdır: "Uşaqlara afərin. Onlar ağıllıdırlar. Bu, qəhrəmanlıqdır. Çünki onları heç nə sındıra bilmədi. Ermənistandan bir neçə komanda gəlmişdi, Azərbaycandan isə cəmi bir komanda. Buna görə də, biz fəxr edə bilərik".

Klub rəhbəri qeyd edib ki, bu festival onların gözlərini açıb və onlar kimlərin azərbaycanlıları "Birinci kanal"da görmək istəmədiklərini öyrəniblər: "Bundan sonra çox iş görməliyik. Hələ ən maralı şeylər irəlidədir".

Qeyd edək ki, Güclülər Liqası 1986-cı ildən mövcuddur və klubların baş liqasıdır. Güclülər Liqasının çempionu bütün klubun çempionu hesab edilir.

Xəbər lenti
0