15:53 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
MƏDƏNİYYƏT
Qısa URL
26001

ŞHK rəhbəri: "Hazırda biz könül rahatlığı ilə öz çıxışımıza hazırlaşırıq"

BAKI, 18 yan — Sputnik. Beynəlxalq ŞHK İttifaqının rəhbərliyinin qərarı ilə "DQR"in "Duz və çörəklə" və "Dele Yaman" komandalarının Soçidə keçirilən 28-ci Beynəlxalq Festivaldan uzaqlaşdırılmasından sonra "Bakı yığması" rahat nəfəs aldı və öz çıxışlarına hazırlaşmağa başladı. Azərbaycanın Şən və Hazırcavablar Klubunun rəhbəri Rəşad Əzizovun Sputnik-ə verdiyi məlumata görə, bu günlər onlar üçün ən çətin günlər olub. Amma onlar şaddırlar ki, nəhayət haqq-ədalət öz yerini tapıb.

"Biz Gənclər və İdman Nazirliyinə minnətdarıq ki, onun sayəsində bu insidenti aradan qaldırmaq mümkün oldu. Həmçinin, Beynəlxalq ŞHK İttifaqının rəhbərliyinə də minnətdarıq ki, bizim şikayətimizə baxdılar və ədalətli qərar qəbul etdilər" — Əzizov bildirib.

"Məsələ həll olundu və öz əhəmiyyətini itirdi, ona görə də bu barədə danışmağın mənası yoxdur. Hazırda biz könül rahatlığı ilə öz çıxışımıza hazırlaşırıq" — o, əlavə edib.

Klub rəhbərinin sözlərinə görə, onlar yanvarın 16-da müxtəlif ölkələrdən olan 27 ən yaxşı komanda ilə birlikdə "KVN-razminka" televiziya layihəsinin çəkilişlərində iştirak ediblər: "Bizim komanda çox yaxşı çıxış elədi. Biz bu layihənin qalibi ola bilmədik, amma bu, elə də vacib deyil. Festival çərçivəsində bu qəbildən olan tədbirlərin sayı çox olacaq".

Əlaqədar

"Kontrabas" beynəlxalq festivala hazırlanır
Baku Jazz Festival 2016 gənc ifaçıları bir yerə topladı
Azərbaycan Kazanda keçirilən müsəlman kino festivalında təmsil olunur
Motoşou və ya Xəzər sahilində bayker festivalı
Uşaqlar üçün festival təşkil olunacaq
Teqlər:
İttifaq, Rəşad Əzizov, ŞHK, festival, komanda, klub, erməni

Əsas mövzular