06:51 24 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
935 0 0

Təhsil Nazirliyi ilə Universitet rəhbərliyinin açıqlamaları arasında böyük ziddiyyət var

BAKI, 18 yan — Sputnik. Təhsil Nazirliyi rəsmi şəkildə, "Təfəkkür" Universitetinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edildiyini açıqlayıb. Açıqlamada bildirilir ki, Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universiteti 2016-cı il oktyabr ayının 11-də Təhsil Nazirliyinə müraciət edərək, Universitetin Təsisçilər Şurasının maliyyə vəziyyətində yaranmış problemlərlə əlaqədar fəaliyyətinin dayandırılması barədə qərarın qəbul edildiyini bildirib.

Lakin Sputnik əməkdaşının apardığı kiçik araşdırma ziddiyyətli məqamlar ortaya çıxarıb. Öncə qeyd edək ki, hazırda universitetdə 800-ə yaxın tələbə təhsil alır. Onlardan 24 nəfəri IV kursda oxuyur və bu ilin məzunlarıdır.

Təfəkkür Universitetinin tələbələri
© Sputnik / Irade JELIL
Hazırda "Təfəkkür" Universitetində 800-ə yaxın tələbə təhsil alır.

Universitetin tələbələri ilə görüşüb məsələdən xəbərdar olub-olmadıqlarını öyrəndik. Qış imtahan sessiyası olduğu üçün universitetdə tələbə az idi. Olanlar isə bağlanma xəbərini KİV-dən oxuduqlarını, universitetin bu məsələ ilə bağlı hələ də açıqlama vermədiyini bildirdilər.

Tələbələr universitetdə təhsil səviyyəsinin aşağı olmasından da gileyləndilər. Adının çəkilməsini istəməyən tələbələrdən biri qiyabi təhsil aldığını, illik təhsil haqqının isə 2800 manat olduğunu dedi: "Burada təhsil yoxdur. Hər şeyi pul həll edir. Çoxdan bağlanmalı idi. Biz bu il bitririk, canımız qutarır".

Etiraf edək ki, universitetin bağlanma qərarı tələbələri kədərləndirməmişdi. Tələbələr başqa universitetlərə köçürüləcəkləri üçün sevinirdilər.

Bizi universitetin mətbuat xidmətinin rəhbəri Asif Quliyev qarşıladı və ali təhsil ocağının fəaliyyətinin dayandırılması məsələsinə prorektorun cavab verəcəyini bildirdi. Ali təhsil ocağının rəhbərliyi də universitetin fəaliyyətinin dayandırılması barədə xəbəri inkar edərək, bu məslədən KİV vasitəsilə xəbərdar olduqlarını bildirdilər.

Təfəkkür Universitetinin prorektoru İlham Musayev
© Sputnik / Irade JELIL
"Təfəkkür" Universitetinin prorektoru İlham Musayev

Universitetin prorektoru İlham Musayevin sözlərinə görə, bağlanmaq barədə heç kimə müraciət etməyiblər: "Bizim universitetimizə Təhsil Nazirliyindən heç bir rəsmi məlumat daxil olmayıb və universitetin bağlanma səbəbləri açıqlanmayıb. Biz də bu məlumat haqda KİV vasitəsilə xəbər tutmuşuq".

Universitetdə hal-hazırda 800 tələbənin təhsil aldığını bildirən prorektor onu da qeyd etdi ki, bu günə qədər Təhsil Nazirliyi ilə universitet arasında heç bir problem yaşanmayıb: "Vaxtlı-vaxtında diplomlarımızı almışıq, heç bir problem yaşamamışıq. Amma universiteti bağlamaq qərarı yenə də nazirliyin əmrinə bağlıdır. Əgər bağlanarsa, deməli bu, onların qərarıdır. Əvvəl bağlanmış digər universitetlər kimi, "Təfəkkür" Universitetinin tələbələri də ixtisaslarına uyğun olaraq digər özəl universitetlərə yerləşdiriləcəklər".

İ. Musayev, həmçinin qeyd etdi ki, əvvəllər universitetin rektoru Müşfiq Atakişiyev olub, amma ötən il rektor işindən gedib və onu Rahim Hüseynov əvəz edib. Universitetdə tələbə qəbulu üzrə müəyyən problemlərin olduğunu bildirən prorektor, 2016-2017-ci təhsil ili üçün planın 50 faiz doldurulduğunu qeyd etdi.

"Universitetdə təhsil haqqı da azaldılıb. Təhsil haqqı 1800-2000 manat arasında dəyişir. Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya bizim tələbələrimizdən, təxminən 1000 nəfər müraciət edib və onlardan 10 faizi imtahandan keçib. Bu da yaxşı göstəricidir. Bizə bu barədə rəsmi məktub da göndərilib" — həmsöhbətimiz vurğuladı.

Beləliklə, "Təfəkkür" Universitetinin rəhbərliyi, nəinki ləğv olunma ilə bağlı Təhsil Nazirliyinə müraciət etikləri barədə xəbəri təkzib etdi, hətta universitetin ləğv edildiyi ilə bağlı heç bir rəsmi xəbər almadıqlarını da açıqladı.

Təfəkkür Universiteti
© Sputnik / Irade JELIL
Prorektor İlham Musayev: "Universiteti bağlamaq qərarı nazirliyin əmrinə bağlıdır"

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov isə Sputnik-ə açıqlamasında universitet rəhbərliyinin açıqlamasına belə şərh verdi: "Mən universitetin prorektorunun fikirlərini şərh etməyəcəyəm. Bu barədə rəsmi qərar yaydığımız press-relizdə öz əksini tapıb. Universitetin bağlanması üçün müraciət daxil olub, universitetin bağlanmasına qərar verilib. Hal-hazırda təhsil alan tələbələr isə müvafiq universitetlərə yerləşdiriləcəklər".

Qeyd edək ki, Azərbaycan Kommersiya İnstitutunun hüquqi varisi olan Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universiteti ali təhsil müəssisəsi kimi 1992-ci ildən fəaliyyət göstərir.

Əlaqədar

Qafqaz Universiteti ləğv olundu
Universitetlərin vergi borcu silinib
Azərbaycanda universitet fəaliyyətini dayandırdı
Azərbaycan və Fransa universitetləri əməkdaşlığa başladı
Adı rüşvətxorluqda ən çox hallanan universitetlərimiz
Universitetlər arasında ana dili müsabiqəsi keçirilib
Universitetə qəbul planı və test üsulunun ləğv edilməsi təklif olunur
Teqlər:
İlham Musayev, Asif Quliyev, bağlanma, "Təfəkkür" Universiteti, məzun, təhsil, KİV, Təhsil Nazirliyi, tələbə

Əsas mövzular