03:26 20 Yanvar 2017
Canlı yayım
Pərviz Məmmədrzayev, aktyor

Bakıda "Axtarış" başladı

şəxsi arxivindən
MƏDƏNİYYƏT
Qısa URL
27511

Özünü gələcəkdə bu ixtisaslar ixtisaslaşmış üzrə kadr kimi görmək istəyənlər, bu yaradıcılıq emalatxanasına müraciət edə bilərlər

BAKI, 5 yan — Sputnik. Paytaxtda yeni yaranmış müstəqil yaradıcılıq emalatxanası fəaliyyətə başlayıb. Sputnik xəbər verir ki, "Axtarış" adı ilə fəaliyyət göstərən emalatxanada peşəkar səviyyədə sənətə yiyələnmək istəyən şəxslər ixtisaslaşmış, təcrübəli müəllimlərdən dərs alacaqlar.

Emalatxanada aktyor sənəti (iki proqram əsasında: abituriyent və peşəkar hazırlıq), rejissor sənəti (iki proqram əsasında: abituriyent və peşəkar hazırlıq), milli və klassik rəqs, aktyor sənətində döyüş texnikası, plastika, bədən dili, gimnastika, nitq mədəniyyəti, rəssamlıq və dizayn, fotoqrafiya sənəti və ssenari yaradıcılığı tədris olunur.

Tam kursu bitirən tələbələrə sertifikat təqdim olunacaq. Onlar, həmçinin gələcək fəaliyyətləri üzrə istiqamətləndiriləcəklər.

Özünü gələcəkdə bu ixtisaslar üzrə ixtisaslaşmış kadr kimi görmək istəyənlər "Axtarış" yaradıcılıq emalatxanasına müraciət edə bilərlər. Artıq qeydiyyat başlayıb. Qəbul üzrə yerlər məhduddur.

Qeyd edək ki, "Axtarış" yaradıcılıq emalatxanasının bədii rəhbəri respublikanın əməkdar artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Pərviz Məmmədrzayevdir.

Əlaqədar

Azərbaycanda uşaq və gənclər yaradıcılığı: istedadları necə yetişdirməli
Leninə həsr olunmuş əsəri yaradıcılığının zirvələrindən sayılan şairimiz
18+ filmin yaradıcıları hallarından məmnundurlar
Azərbaycanda peşəkar diktorluq məktəbinin yaradıcısı
Musiqi uşaqların yaradıcı təfəkkürünü və yaddaşını inkişaf etdirir
Teqlər:
"Axtarış", emalatxana, yaradıcılıq, peşəkar, sənət, aktyor

Əsas mövzular