11:42 29 May 2017
Canlı yayım
Varis Yolçuyev

Azərbaycanlı ədib Rusiyada ilin yazıçısı seçilib

© Foto: AzeriTimes
MƏDƏNİYYƏT
Qısa URL
39 0 0

Varis Yolçuyev «Yanvarın 13 günü» romanı ilə «Fəlsəfi ədəbiyyat» nominasiyasında «müasir yazar» dərəcəsi ilə qalib olub

BAKI, 26 dek — Sputnik. Beynəlxalq Moskva Ədəbiyyat Mükafatının 5 nominasiya üzrə 2016-cı il laureatları elan edilib. Sputnik xəbər verir ki, Moskvanın «Şaqal» klubunda keçirilən təntənəli mərasimdə laureatlara mükafatlar təqdim olunub. Laureatlar arasında Azərbaycan yazıçısı Varis Yolçuyev də yer alıb.

Tərkibi gizli saxlanılan münsiflər heyəti, gizli səsvermə yolu ilə hər nominasiyadan 3 dərəcə üzrə (1-ci dərəcə: klassik yazar, 2-ci dərəcə: müasir yazar; 3-cü dərəcə: debütant yazar) laureatları müəyyənləşdirib. Varis Yolçuyev «Yanvarın 13 günü» romanı ilə «Fəlsəfi ədəbiyyat» nominasiyasında «müasir yazar» dərəcəsi ilə qalib olub.

Qeyd edək ki, bu roman 2015-ci ilin dekabrında Moskvada nüfuzlu «Sovremenniki i klassiki» vintaj seriyasından çıxıb, Moskvada Mərkəzi Ədiblər Evində, Nyu-Yorkda «Sankt-Peterburq» kitab mağazasında, eləcə də Bakıda Beynəlxalq Mətbuat Mərkəzində onun təqdimat mərasimləri keçirilib.

Xatırladaq ki, Moskva Ədəbiyyat Mükafatı 2015-ci ildə Rusiya Prezidenti Vladimir Putinin həmin ili «Ədəbiyyat ili» elan etməsi şərəfinə, Moskva şəhər rəhbərliyinin təşəbbüsüylə Rusiya Yazıçılar Birliyi, «Rossiyskiy kolokol» ədəbiyyat jurnalı və İnternational Writers Union (İWU) təsisatı tərəfindən təsis edilib. Mükafat komissiyasının yaydığı rəsmi məlumata görə, bu il komissiyaya 5000-dən yuxarı əsər təqdim olunub ki, onlardan da ən yaxşıları «Fantastika», «Fəlsəfi ədəbiyyat», «Ruhani ədəbiyyat», «Vətənpərvərlik ədəbiyyatı» və «Uşaq ədəbiyyatı» kimi 5 nominasiyada öncə long (uzun), sonra şort (qısa) siyahılara düşüb, final mərhələsinə vəsiqə qazanıblar.

Əlaqədar

Yazıçıya təcavüz etdilər
Xalq yazıçısının həyat yoldaşı vəfat etdi
Bakıda görkəmli özbək yazıçısı ilə görüş olub
Yazıçılar Birliyində adamlar özlərini təbrik etdirirlər
Millət vəkili komada olan yazıçı ilə bağlı ictimaiyyətə səsləndi
Komada olan yazıçıya kömək etmək üçün aksiya başlanır
Teqlər:
Varis Yolçuyev, laureat, nominasiya, yazıçı, qalib

Əsas mövzular