06:43 16 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0257
  • USD1.7000
  • EUR1.9635
Sumqayıt Dövlət Dram Teatrında, fransız yazıçısı Marsel Berkye-Marinyenin Oğru əsəri əsasında tamaşa

Məşhur rejissor "Oğru" ilə birlikdə qayıtdı

© Foto : Sumqayıt Dövlət Dram Teatrı
MƏDƏNİYYƏT
Qısa URL
33 0 0

Rövşən Almuradlı, beş illik fasilədən sonra, yenidən teatr səhnəsinə qayıtmaqla bir ilkə imza atır

BAKI, 21 dek — Sputnik. Sumqayıt Dövlət Dram Teatrında, fransız yazıçısı Marsel Berkye-Marinyenin "Oğru" əsəri əsasında, rejissor Rövşən Almuradlının eyniadlı tamaşasının premyerası keçirilib. Teatrın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, əsərdə əməkdar artist İzaməddin Bağırov, aktyorlardan Şəmistan Süleymanlı, Elmir Mehdiyev, Füzuli Qərənizadə, Vəfa Qurbanova, İlahə Səfərova rol alıblar.

Fuad Poladov, Şah Qacar obrazında
© Foto : Akademik Milli Dram Teatrı

Tamaşada kasıb bir fransız ailəsinə xas olan klassik üçlük — ər, arvad və onun sevgilisi arasındakı münasibət öz əksini tapıb. Komediya janrında olan səhnə əsərinin süjetində, bütün tarix boyu mütəfəkkirlər tərəfindən cavabı axtarılan əsl məhəbbətin qiyməti ön plana çəkilir. Gərgin yaşanan dramatik hadisələrin fonunda sevgi və pul dilemması müzakirəyə qoyulur.

Qeyd edək ki, çağdaş Azərbaycan teatrı və kinosunun görkəmli rejissorlarından biri olan Rövşən Almuradlı, beş illik fasilədən sonra, yenidən teatr səhnəsinə qayıtmaqla bir ilkə imza atır. Bundan öncə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ünlü rejissorun quruluşunda alman drammaturqu Fridrix Dürremantın "Yaşlı xanımın gəlişi" tamaşası teatrsevərlərin ciddi marağına səbəb olub.

Əlaqədar

Kukla Teatrından balaca tamaşaçılara müjdə
“Generalın son əmri” tamaşası oynanılıb
"Şah Qacar" tamaşası 50-ci dəfə nümayiş olunacaq
"Aktyor seriala çəkilsin deyə, biz tamaşanı təxirə sala bilmərik"
"Bu tamaşanı Şuşada oynayacağıq"
Yeni tamaşa gəlir
Teqlər:
Rövşən Almuradlı, "Oğru", Marsel Berkye-Marinye, Sumqayıt Dövlət Dram Teatrı, səhnə, rejissor, tamaşa

Əsas mövzular