Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Zeynəb Xanlarova haqqında...

© APAZeynəb Xanlarova, arxiv şəkli
Zeynəb Xanlarova, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Sənətkarın 80 illik yubileyi münasibəti ilə

Dostdan əsirgəmə lazımsa canın,
Çalış eldən gəlsin şöhrətin, şanın.
Bir xoş nemətidir dostluq dünyanın.
Olsa dərin olsun, üzdən olmasın!

Bu sözlər onun ifa etdiyi bir mahnıdandır. Elə bu sözlərdə deyildiyi kimi, onun şöhrəti də, şanı da eldən gəldi! Dekabrın 28-də 80 illik yubileyi olan Zeynəb Xanlarovanı deyirəm. Ömrünün 50 ildən çoxunu səhnəyə, mədəniyyətə həsr edən nəhəng sənətkarı, qüdrətli şəxsiyyəti deyirəm. O, heç şübhəsiz, Azərbaycan mədəniyyətinin ən yüksək zirvəsini fəth etmiş qadın sənətkardır.

Əlində tapanca tutmuş adam, arxiv şəkli - Sputnik Azərbaycan
YAZARLAR
İntihar edən azərbaycanlı məşhurlar

Hər konserti "Xoşbəxtlik nəğməsi" ilə başlayan xanım sənətkarın bu mahnısında deyildiyi kimi:

Dünyada nə qədər sərhəd görmüşəm,
Küləklər səsimi hər yana yayıb!
Hər eldə, obada hörmət görmüşəm,
Görüşlər, vidalar unudulmayıb!
Gəzir ölkələri nəğməm dünyada!
Dünyanın xoşbəxti mənəm dünyada!

Şəxsi həyatında nə qədər xoşbəxt olduğunu yalnız özü bilər, amma onun sənət həyatında əldə etdiyi xoşbəxtliyi — qazandığı tamaşaçı sevgisini, pərəstişləri heç kəs onun qədər qazanmayıb! Əlbəttə, o, buna — hətta bundan da artığına — layiqdir.

İl 2014 idi. Türkiyənin İstanbul şəhərində bir türkiyəli dostumun evində qonaq idim. Azərbaycan musiqisindən söz düşəndə dedi ki: "Mən sizin musiqini Zeynəb Xanlarova ilə sevmişəm. Sovet dönəmində Türkiyəyə konsertə gəlmişdi. Mən onun konsertinə getmişdim. Səhnənin ətrafını polislər və əsgərlər dövrəyə almışdılar. O konsertdən sonra bugünəcən Zeynəb Xanlarovanın albomlarını, şəkillərini toplayıram. Başqa ölkələrdə də konserti olanda fürsət tapıb gedirəm".

Mənə Zeynəb Xanlarova ilə bağlı Azərbaycan tamaşaçısının belə, bilmədiyi, görmədiyi albomlar, şəkillər göstərdi. Çox istəsəm də, o dəyərli tarixi nümunələrdən mənə vermədi. O albomlarda Zeynəb xanımın müxtəlif dillərdə ifa etdiyi mahnılar vardı. Müxtəlif konsertlərinin afişaları vardı. Deyəsən, bir də imzalı şəkili var idi. Hansısa konsertində Zeynəb xanıma imzalatmışdı.

Ötən əsri görən, yaşayan insanların hamısının Zeynəb Xanlarova ilə bağlı xatirəsi var. Hər evdə televizorun olmadığı vaxtlarda qonşular televizor olan bir evə toplaşıb bayram konsertlərini izləyərmiş. Amma hamı intizarla konsertin sonunda Zeynəb Xanlarovanın oxumağını gözləyərmiş.

Məgər bu gün yoxdur? Elə biri mən. Hər il dekabrın 31-i yeni il tədbirlərində oluram. Amma işimi tələsik görürəm ki, 12-dən sonra Zeynəb Xanlarovanı izləyə bilim. Əgər işimi bitirə bilməsəm, yarımçıq qoyub bir taksiyə oturur, özümü evə çatdırır və ekrana kilidlənirəm. Çünki o, bu gün də izləməkdən zövq aldığımız, heç vaxt dəbdən düşməyən, səsi, rəqsi, gülüşü, ədası ilə dərdlərimizi unutduran Zeynəb Xanlarovadır.

Söhbət düşmüşkən, bir hadisə də danışım: 2014-cü ilin dekabr ayının 31-i dişim möhkəm ağrıyırdı. Bu səbəbdən heç bir tədbirə də getmədim. Saat 12-dən sonra Zeynəb Xanlarovanı izləyə bilmək üçün ağrıkəsicilərdən də istifadə etmədim ki, məni yuxu tutmasın. Elə ki, xanım sənətkar oxumağa başladı diş ağrısından əsər-əlamət qalmadı. Bitincə də rahat yuxuya getdim.

Bülənt Ərsoy - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Bülənt Ərsoydan niyə qorxurlar?

2012-ci ildə Nyu-Yorkda konserti baş tutdu. Konsert salonu dolu idi. Üstünə gül-çiçək yağır, hər ifasının sonunu gurultulu alqışlar bəzəyirdi. Amerikanın dövlət xadimləri səhnəyə çıxıb ona təriflər yağdırır, onu mükafatlarla təltif edir, hədiyyələr verirdilər.

Bu, onu göstərir ki, dünya müasirləşsə də, xanım sənətkarın yaşı ötsə də, ona olan sevgi azalmayıb, bitməyib. Bilmirəm, sizdə də belədir ya yox, amma mən bu zirvəni fəth edən sənətkarla eyni dünyanı və eyni zamanı paylaşdığım üçün özümü xoşbəxt hiss edirəm.

O, opera aktrisasıdır. O, bəstəkardır. O, xanəndədir. O, estrada müğənnisidir. Mənim üçün heç vaxt bir siyasətçi olmadı, olmayacaq da. Başqaları Zeynəb Xanlarovanı necə istəyir, elə də dəyərləndirsin. Amma mən onu bir sənətkar kimi tanıyıb sevmişəm və bu gün də sevirəm. Onun heç bir titulu, mükafatı, vəzifəsi, siyasi mövqeyi mənim üçün əhəmiyyətli deyil. O, sənətkardır, vəssalam.

Zeynəb Xanlarova haqqında "səhnəyə şuxluq gətirdi" deyən bir digər nəhəng sənətkarımıza deyərdim ki, şuxluq pis bir şey deyil.

Bahar ətri gəlsin qışın qarından,
Yollara səpilən gül-çiçək olsun!
Qurtulaq bu əsrin bəlalarından,
Sabahkı əsrimiz mübarək olsun!

Bu sözlər 21-ci əsrin gəlişinə yazılmış və Zeynəb Xanlarova tərəfindən ifa olunmuş bir mahnıdandır. İnsanları dərdlərindən, bəlalarından, problemlərindən, ağrılarından arındıran, onları xoşbəxt olmağa, müsbət düşünməyə, nikbin yaşamağa səsləyən Zeynəb Xanlarova səhnəyə bu məzmunda nə gətirsəydi seviləcəkdi. Necə ki, sevildi də.

Zeynəb Xanlarovanın repertuarında Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun, Qara Qarayevin, Emin Sabitoğlunun, Tofiq Quliyevin, Oqtay Kazıminin, Ramiz Mirişlinin, Ələkbər Tağıyevin, Şəfiqə Axundovanın, Rauf Məmmədovun, Arif Məlikovun, Tahir Əkbərin və başqa nəhəng bəstəkarların mahnıları var. Onun repertuarı həm janr, həm mövzu baxımdan zəngin, rəngarəngdir. Ən əsası isə o, bu mahnılarla ölkə-ölkə gəzib, bu bəstəkarların əsərlərini dünyanın dörd yanında səsləndirib. Öz dili ilə desək, küləklər onun səsini və onun səsində bu bəstəkarların sənət nümunələrini dörd yana yayıb.

Zeynəb Xanlarova yunan, əfqan, ərəb, yapon, gürcü və türk dillərində mahnılar ifa etmiş, musiqinin dünyəvi olduğunu, sənətin sərhəd tanımadığını Azərbaycan tamaşaçısına göstərmiş sənətkardır. Sənətin dini, dili, irqi deyil, sülhü və sevgini simvolizə etdiyini ondan öyrənmişik.

Ömrünün 81-ci ilinə qədəm qoyur artıq Zeynəb Xanlarova. Hər zaman tanınan, hər zaman sevilən, dəbdən düşməyən, uşaqdan böyüyə qədər nəhəng bir kütlənin sevgisini qazanan sənətkar, doğum gününüz mübarək!

Xəbər lenti
0