09:04 16 İyul 2018
Canlı yayım
  • RUB0.0273
  • USD1.7000
  • EUR1.9817
Yazıçı Əziz Nesin

"Məzarımın üzərinə işarə-filan qoymayın!"

© Foto : PUBLIC DOMAIN
MƏDƏNİYYƏT
Qısa URL
89 0 0

Bu gün məşhur türk yazıçısı Əziz Nesinin doğum günüdür

BAKI, 20 dek — Sputnik. Dünya şöhrətli türkiyəli yazıçı Əziz Nesin (əsl adı Mehmet Nusret) 20 dekabr 1915-ci ildə Heybeliada (İstanbul) dünyaya gəlib. Yazıçı, publisist və dramaturq olan Nesin, oxuduğu hərb məktəblərində öz düşüncələrinə görə təqib olunurmuş. 1941-ci ildə dünya müharibəsi başlayanda o da zabit kimi orduya çağrılır. Burada tank kurslarını da bitirir. Və 1944 cü ildə ordudan "vəzifəsini və rütbəsini pis yerinə yetirməsi" maddəsi ilə ordudan qovulur.

Sol təmayüllü "Tan" qəzetində işə girir. Köşə yazıları, teatrlar üçün xırda pyeslər yazmağa başlayır. İlk kitabı olan "Partiya qurmaq, partiya vurmaq" 1946 ci ildə dərc edilir və ona böyük şöhrət qazandırır. Səbahəddin Əli ilə tanışlıq onda solçuluq ideyalarına marağı daha da artırır və onlar birgə "Marko Paşa" adlı satirik qəzetini nəşr etməyə qərar verirlər. Qəzet qısa müddətdə bütün Türkiyəyə səs salır.

Nesin məhsuldar yazıçıydı və hədsiz dərəcədə işgüzar olub. O, 1952-ci ildə İstanbulun Levent məhəlləsində dükan kirayələyir və eyni zamanda "Oluş" nəşriyyatını açır. Demokratik Partiya ilə münasibətləri isti deyildi. 1955-ci ildə İstanbulda yaşayan yunanlara qarşı basqınlarda günahkar bilinərək həbs edilən 100 nəfər solçunun sırasında Əziz Nesin də vardı. DP hökuməti bu qanlı hadisələrdə kommunist izi axtarırdı. Ə. Nesin heç bir səbəb olmadan 9 ay həbsdə yatdı.

Xəyanət üstündə boşadığı birinci arvadından sonra, ədəbiyyatçı Meral Çelenlə ailə qurub. Meral xanımın "Əziz Nesinli illər" kitabında onların arasında olan məhəbbətin ən gözəl anları təsvir edilib. Onlar 1957-ci ildə həbsxanada nişanlanıblar və ailə qurublar. 1967-ci ildə isə boşanıblar. Sonralar Meral Çelen yazacaqdı: "Mən çox yaxşı yazıçı ola bilərdim. Amma Əziz Nesinlə ailə həyatım bu karyerama son qoydu"…

Bütün həyatı və yaradıcılığı ilə Türkiyədə hadisə yaradan böyük ədib, ölümü ilə də hamını mat qoydu. Həyatda kimsədən qorxmadı, bir çoxlarının yuxusunu qaçıran satirik əsərlər yazdı. Təkəbbürlü idi, amma həyata sağlam baxırdı. İstər danışığında soyuq və birbaşa cümlələr işlədirdi.

Ehtimal var ki, Ə. Nesin məzarının bilinəcəyi təqdirdə, böyük məmurlar tərəfindən sümüklərinin narahat ediləcəyindən ehtiyat edirdi. Böyük satirik yazıçı bütün ömrünü qalmaqallar içərisində keçirmişdi. 1995-ci il iyulun 6-da İzmirin Alaçatı bölgəsində kitablarının imza günündə həyatla vidalaşdı. Vəsiyyət etmişdi ki, dəfn mərasimi təşkil edilməsin. Yazıçının anlamına görə, dəfn mərasimi deyilən tədbir, rəzillik və ikiüzlülükdən başqa bir şey deyildi.

Onun cəsədi, İstanbul Çapa Tibb Fakültəsinə gətirilərək yarıldı. Tələbələr cəsədin üzərində dərs keçdilər. Sonra vəsiyyətinə uyğun olaraq, İstanbulun Çatalca məhəlləsində yerləşən fondun həyətinə gətirildi. Vəqfin baxçasında 7 çuxur qazıldı. Ə. Nesinin nəşi bu çuxurlardan birinə endirildi.

O, vəsiyyətində yazırdı: "Mən insanın ruhunun varlığına inanmıram. Demək, məzarın olması da vacib deyil. Məzarımın üzərinə işarə-filan, çiçək də qoyulmasın. Görə, qoxulaya bilməyəcəyim çiçəklərin məzarım üstündə boş-boşuna çürüməsinə acıyıram".

Əlaqədar

Bakıda görkəmli özbək yazıçısı ilə görüş olub
Yazıçılar Birliyində adamlar özlərini təbrik etdirirlər
Millət vəkili komada olan yazıçı ilə bağlı ictimaiyyətə səsləndi
Yazıçı Fazil İsgəndər dünyasını dəyişib
Xalq yazıçısının xatirəsi anıldı
Yazıçının tabutunu qatardakı soyuducuya hansı adla qoymuşdular?!
Teqlər:
şöhrət, yazı, əsər, ölüm, doğum, Əziz Nesin, yazıçı

Əsas mövzular