Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Qızının ölümü onun həyatını alt-üst etdi

© Photo : Kinopoisk.ru"Xəyali gözəllik" filmindən kadr
Xəyali gözəllik filmindən kadr - Sputnik Azərbaycan
Abunə olmaq
Park Cinema-da "Xəyali gözəllik" filminin qapalı nümayişi keçirilib

Təranə Xudabaxşıyeva, Sputnik Azərbaycan

BAKI, 15 dek — Sputnik. Park Cinema həmişə olduğu kimi, kinomanları sevindirməyə davam edir. 2016-cı ilin son ayında kinosevərləri çoxlu sayda parlaq premyeralarla sevindirməkdə davam edir.

Onlardan biri də, premyerası dekabrın 13-də Park Cinema-da baş tutmuş "Xəyali gözəllik" filmidir. Qapalı nümayişdə media nümayəndələri, bloqqerlər və özəl şirkətlərin nümayəndələri iştirak ediblər. Sputnik-in əməkdaşlarının da iştirak etdiyi film, hər kəs tərəfindən maraqla qarşılanıb.

© Photo : Park Cinema-nın mətbuat xidməti"Xəyali gözəllik" filminin premyerası
Xəyali gözəllik filminin premyerası - Sputnik Azərbaycan
"Xəyali gözəllik" filminin premyerası

Filmin mərkəzindəki fiqur — Nyu-Yorkun ən böyük reklam şirkətlərindən birinin direktoru Hovard İnletdir. Qız övladının qəfil ölümü ilə həyatı dəyişən şirkət müdiri, daha həyatın gözəlliyini yaşamır və depressiyaya düşür. Hovard həyatın ona qarşı niyə görə bu qədər amansız olduğunu anlamır və Məhəbbətə, Zamana və Ölümə suallar ünvanlandığı məktublar yazmağa başlayır.

Hovardın dostları və həmkarları onun çəkdiyi iztirabları görməyə daha dözə bilmir və keçmişi unudub yenidən ayaqları üzərində möhkəm dayanmasına kömək etmək üçün qeyri-adi plan düşünürlər. Bunun sonunda nəyin baş verəcəyini heç kəs ağlına belə, gətirmirdi.

© Photo : Park Cinema-nın mətbuat xidmətiSputnik Azərbaycanın əməkdaşları filmin təqdimat mərasimində
Sputnik Azərbaycanın əməkdaşları filmin təqdimat mərasimində - Sputnik Azərbaycan
Sputnik Azərbaycanın əməkdaşları filmin təqdimat mərasimində

Dostları 3 aktyora pul verərək, onun yanına Ölüm, Zaman və Sevgi kimi göndərirlər. Bu da baş qəhrəmana təsir edir və həyatını dəyişir. Məhz Ölüm, Zaman və Sevginin onun məktublarına verdiyi cavablar sayəsində baş qəhrəman öz həyat yolunu seçir.

Xatırladaq ki, film ekranlara dekabrın 15-də çıxacaq.

Xəbər lenti
0