01:17 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
44740

"Azərbaycanın ali təhsil sistemində gitara ixtisası yoxdur, yalnız 5 illik məktəb var"

BAKI, 13 dek — Sputnik. Azərbaycanda son illərdə çox məşhurlaşan və demək olar, əksər gənclərin arzusuna çevrilən gitarada ifa etmək qabiliyyəti, kənardan göründüyü qədər asan deyil. Bu alətdə ifa etmək üçün kifayət qədər səbrli olmaq və daha çox zaman ayırmaq lazımdır ki, peşəkar ola biləsən.

Sputnik-ə müsahibə verən gənc gitara ifaçıları Cavid Ələkbərli (Cavid Bakı) və Elnur Fəttahov belə deyirlər. Onlar indiki səviyyəyə çatmaq üçün illərini sərf ediblər. Beləliklə:

Cavid Bakı: 14 yaşından gitara çalmağa başlamışam. Sadəcə bəyəndiyim üçün bu aləti seçdim. Sonradan bir neçə solo ifa edən gitaraçıları dinlədim və qərara gəldim ki, gitarada solo ifa edəcəm. O vaxta kimi isə yolumu müəyyən etməmişdim.

Elnur Fəttahov: Evdə demək olar ki, məndən başqa hamı musiqi alətində ifa etməyi bacarırdı. Mənim isə qarmon çalmaq arzum idi. Nəhayət, bir gün, sadəcə gitara çalmaq istədiyimi evdə deyəndə o dəqiqə mənə gitara verdilər və dedilər ki, "öyrən". Çünki, anamın iş yerində kiminsə gitarası qalmışdı, hətta yiyəsi rəhmətə getmişdi. O gitaranı mənə verdilər. Mən də o zamandan başladım gitara çalmağa. Doğrudur, 16 yaşından başladım öyrənməyə ki, bu da bir qədər gec sayılır alət öyrənmək üçün. Həmin zamanlar internet də zəif idi və materiallar da yox idi. Amma yavaş-yavaş inkişaf etdirməyə başladıq. Əsas odur ki, məqsədimə çatdım.

— Gitara alətində yollar fərqlidir. Siz hansı yolu seçmisiniz?

Cavid Bakı: Mənim yolum flamenkodur. Flamenko dərslərini İspaniyada öyrənmişəm, amma Azərbaycanda buna maraq yoxdur, həm də bu musiqini ifa edən rəqqasə yoxdur ki, məhz bu tərzdə ifa edim. Buna görə də hal-hazırda gitara üçün milli musiqilərimizi nota köçürürəm. Və konsertdə də, məhz bir neçə milli musiqimizi gitarada ifa edəcəyik.

Elnur Fəttahov
© Sputnik / Anar Mustafayev
Elnur Fəttahov: Gitara bu gün, həmçinin küçə musiqisinin ən geniş yayılmış növüdür

Elnur Fəttahov: Cavid işin daha çox ciddiyyətinə baxır, sənət naminə iş görür. Amma mən daha çox kommersiya tərəfinə baxıram. Ölkədə musiqi layihələrində gitara lazım olarsa, iştirak edirəm, oranjımanlarda oluram, restoranlar və klublarda çıxış edirəm. Bir sözlə, pul qazanıram. Çünki klassik gitara ifaları ilə Azərbaycanda pul qazanmaq mümkün deyil.

 Kommersiya tərəfindən yanaşsaq, gitara ilə pul qazanmaq nə dərəcədə mümkündür?

Elnur Fəttahov: Son 5-6 ildə daha çox insanın gitaraya marağı artıb. Onların 90 faizi çalıb-oxuyur. Bu o demək deyil ki, onlar gitaristdirlər. Gitara çalmaq müğənninin müsbət cəhətidir, amma bu o demək deyil o, gitaraçıdır. İnsanlar da, musiqinin sözü olanda onu dinləyirlər. Etiraf edək ki, instrumental musiqiyə maraq çox azdır. Biz də çalışırıq, instrumental musiqini Azərbaycanda inkişaf etdirək. O ki qaldı pul qazanmağımıza, yaxşı ifaçı pul qazana bilər. Klassik və flamenko ilə, ancaq dərs deməklə pul qazanmaq olur. Amma digər tərz musiqilər ifa edərsə, o zaman restoranlara və klublar dəvət ala bilərsən — eynən mənim kimi.

Cavid Bakı və Elnur Fəttahov
© Sputnik / Anar Mustafayev
Gənc gitaraçılar: İnstrumental musiqiyə maraq az olduğundan, çalışırıq ki, bu janrı Azərbaycanda inkişaf etdirək

Cavid Bakı: Mən dərs deməklə pulumu qazanıram. Əsas odur ki, bu sənəti sevirəm və gələcəkdə də bu sahənin inkişafı üçün əlimdən gələni etməyə hazıram.

 Azərbaycanda gitara dərsləri ilə bağlı, daha çox hansı janra müraciət edirlər?

Cavid Bakı: Əksəriyyət, sadəcə özü üçün, yəni adi musiqilər ifa etmək məqsədilə müraciət edir. Az bir qism də klassik musiqi öyrənmək istəyir.

Cavid Bakı
© Sputnik / Anar Mustafayev
Cavid Bakı: Bu sənəti sevirəm və gələcəkdə də bu sahənin inkişafı üçün əlimdən gələni etməyə hazıram

Elnur Fəttahov: Gitara bu gün, həmçinin küçə musiqisinin ən geniş yayılmış növüdür. Amma, polis küçədə gitarada ifa edənləri cərimələyir. Bu, biabırçılıqdır. Əksinə, musiqi şəhərin gözəlliyidir, mədəniyyətin bir növüdür. Buna polislər imkan vermirlər.

Cavid Bakı: Bizdə ali təhsil sistemində gitara ixtisası yoxdur. Yalnız 5 illik məktəb var, heç 7 illik də yoxdur. İncəsənət Universitetində bir sinif açılıb və orada, cəmi 1 müəllim işləyir. Ki, o da dərs keçməkdən imtina edərsə, sinif bağlanacaq. Dövlət bu sahəyə dəstək olmalıdır və universitetdə bu alətə yer ayrılmalıdır.

 Bir az da verəcəyiniz konsert haqqında…

Cavid Bakı: Bu ilin 18 dekabrında Rəşid Behbudov adına Mahnı Teatrında konsert keçirmək niyyətindəyik. Məqsədimiz gitaraya marağı artırmaq, daha çox insana bu alətin gözəlliklərini tanıtmaqdır. Konsert vasitəsilə gitara sevənləri bir araya toplamaqla, bu alətə marağı daha da artırmaqdır.

Əlaqədar

Con Lennonun gitarası 1 milyon dollara satıla bilər
Azərbaycan musiqi sənətinin unudulmaz nümayəndəsi
Məşhur musiqiçilər Bakıda payız cazına toplaşıblar
Ədəbiyyat üzrə Nobel mükafatı musiqiçiyə verildi
Azərbaycan Rusiyanın iki məşhur musiqiçisini "qara siyahı"dan çıxardı
Müasir Azərbaycan peşəkar musiqisinin banisi – dahi Üzeyir bəy
Altı ölkənin musiqiçiləri Bakıya gələcəklər
Teqlər:
Elnur Fəttahov, Cavid Bakı, Cavid Ələkbərli, gitara, sənət, mədəniyyət, musiqi, küçə

Əsas mövzular