Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

“Şərqi hiss et” adlı Muzey Gecəsi keçirilib

© Sputnik / Murad OrujovЗдание центра современного искусства YARAT
Здание центра современного искусства YARAT - Sputnik Azərbaycan
Abunə olmaq
Tədbir çərçivəsində Azərbaycan Dövlət Yuğ Teatrı maraqlı performansla tamaşaçıların zövqünü oxşayıb.

BAKI, 5 dek-Sputnik. Dekabrın 3-də Yarat Müasir İncəsənət Məkanında “Şərqi hiss et” adlı Muzey Gecəsi baş tutub. Teatrın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, gecədə şərq mədəniyyətinin bir çox bütün sahələrini əhatə edən silsilə tədbirlər həyata keçirilib. 

Gecədə həmçinin Azərbaycan klassik ədəbiyyatının ən dəyərli incilərindən olan Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasından parçalar və xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında F.Əmirovun “Nizami” simfoniyası səslənib.

Qeyd edək ki, tədbir çərçivəsində Azərbaycan Dövlət Yuğ Teatrı maraqlı performansla tamaşaçıların zövqünü oxşayıb. Performansda Yuğ teatrının sənətçiləri əməkdar artist Yaqut Paşazadə, Qasım Nağı və Ləman Novruzova çıxış edib. 

Xəbər lenti
0