Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Məşhur türk aktyor avtomobil qəzasında dünyasını dəyişdi

© Photo : YouTubeErdal Tosun
Erdal Tosun - Sputnik Azərbaycan
Abunə olmaq
O, "Maskeli beşlər", "Evə dönüş", "Atam və oğlum", "Orqanizə işlər", "Vizyontele Tuuba", "G.O.R.A", "Vizyontele" və başqa filmlərdə çəkilib

BAKI, 30 noy — Sputnik. Türkiyənin məşhur aktyorlarından olan Ərdal Tosun İstanbulda avtomobil qəzasına düşərək dünyasını dəyişib. Sputnik Milliyet-ə istinadən xəbər verir ki, bu gün səhər 07:30 radələrində İstanbulun Maslak səmtindən Sarıyer istiqamətinə doğru hərəkət edən, 34 EJ 8342 nömrəli avtomobil idarəetməni itirərək aktyorun idarə etdiyi avtomobilə çırpılıb. Tanınmış aktyor hadisə yerindəcə dünyasını dəyişib.

Qeyd edək ki, Ərdal Tosun "Maskeli beşlər", "Evə dönüş", "Atam və oğlum", "Orqanizə işlər", "Vizyontele Tuuba", "G.O.R.A", "Vizyontele" və başqa filmlərdə çəkilib.

 

Xəbər lenti
0