19:58 21 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9658
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Beynəlxalq teatr festivalında iştirak etmək üçün səfərə hazırlaşır

"Kontrabas" beynəlxalq festivala hazırlanır

© Sputnik / Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı
MƏDƏNİYYƏT
Qısa URL
24 0 0

Festivalda Moldova, Belarus, Baltikyanı, Rusiya, İsrail, Serbiya və digər ölkələrin teatrları iştirak edəcək

BAKI, 17 noy — Sputnik. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı özünün yeni — 89-cu teatr mövsümündə 4-cü dəfə Beynəlxalq teatr festivalında iştirak etmək üçün səfərə hazırlaşır. Teatrın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, bu dəfə kollektiv Moldova Respublikasının Kişinyov şəhərində keçirilən kiçik həcmli tamaşaların "MOLDFEST.RAMPA.RU" VIII Beynəlxalq Teatr Festival-laboratoriyasında iştirak edəcək.

Moldova, Belarus, Baltikyanı, Rusiya, İsrail, Serbiya və digər ölkə teatrlarının iştirak edəcəyi festivalda ölkəmizi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Patrik Züskindin "Kontrabas" mono-tamaşası ilə təmsil edəcək. Sözügedən səfər Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşacaq.

Qeyd edək ki, festivalın açılış mərasimi noyabr ayının 21-ə təsadüf edəcək. "Kontrabas" tamaşası noyabrın 24-də Moldova Dövlət Dram Teatrının səhnəsində nümayiş olunacaq.

Əlaqədar

Türkiyədə teatr aktyoru 3000 manatadək maaş alır
"Azərbaycan teatrının ləyaqətli tarixi var"
Kukla Teatrından balaca tamaşaçılara müjdə
Fuad Poladov teatrdan getdiyini açıqlayıb
Azərbaycanlı teatrşünaslar Belqrada gediblər
Bu teatrı internetdə də izləmək mümkün olacaq
Teatr mövsümü qapanır
Teqlər:
"Kontrabas", Gənc Tamaşaçılar Teatrı, festival, teatr, tamaşa

Əsas mövzular