06:13 23 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Kukla Teatrı

Oğlana aşiq olan gənc qız qəddar insana çevrildi

© Sputnik / Murad Orujov
MƏDƏNİYYƏT
Qısa URL
48 0 0

Böyük şəhərə həyatını qurmağa gələn gənc qızın bütün hissləri, arzuları, böyük və parlaq xəyalları puç olur

BAKI, 16 noy — Sputnik. M.Teatr — "Mənim Teatrım" daha bir premyerası ilə tamaşaçılarının görüşünə gəlib. Sputnik Kukla Teatrının mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 13-də sənət qrupunun quruluşunda yeni tamaşanın premyerası olub.

Vaqif Səmədoğlunun “Generalın son əmri” tamaşası
© Foto : Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı

"Mənim Teatrım"ın yaradıcısı, əməkdar artist Vidadi Həsənov və istedadlı aktrisa Zümrüd Qasımovanın iştirak etdiyi "Maraqlı fiqur və ya siçan qadın" tamaşasının premyerası Azərbaycan Dövlət Kukla Teatrında baş tutub. Frans Kafkanın "Çevrilmə " povesti və Pərviz Seyidlinin eyniadlı hekayəsinin motivləri əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru əməkdar artist Vidadi Həsənov, bəstəkarı Azər Hacıəsgərli, səhnə tərtibatçısı H.V. İsmail, geyim üzrə rəssamı Leyla Əliyevadır.

Qeyd edək ki, maraqlı səhnə həllinin baş qəhrəmanı əyalətdən şəhərə gələn sadəlövh bir qızdır. Böyük şəhərə həyatını qurmağa gələn gənc qızın bütün hissləri, arzuları, böyük və parlaq xəyalları puç olur. Elə şəhərə ilk addımını atdığı andan onu izləyən gənc fotoqraf qızın bütün həyat yolunu dəyişməyə müyəssər olur.

Birlikdə oxuyan gənclərin hissləri onlara mənəvi sarsıntıdan başqa heç nə vermir. Belə ki, getdikcə oğlana aşiq olan gənc qız, əslində bir yaradıcı insanın fiquru, özünün təbirincə desək, "təcrübə siçanına" çevrildiyini dərk edir. Zamanla bu ağrılar intiqam hissinə çevrilərək qadının boş qəlbində özünə böyük yer tutur və sonda onu özünün də istəmədiyi adama çevirir.

Əlaqədar

"Aktyor seriala çəkilsin deyə, biz tamaşanı təxirə sala bilmərik"
"Bu tamaşanı Şuşada oynayacağıq"
Yeni tamaşa gəlir
Milli Dram Teatrda “Sənətkarın taleyi” tamaşası nümayiş olunub
Novruzda “Keçəlin şahlığı” tamaşası nümayiş etdiriləcək
Teqlər:
M.Teatr, "Mənim Teatrım", səhnə, teatr, tamaşa

Əsas mövzular