Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Yaşar Nuri ilə bağlı xatirə tədbiri keçiriləcək

© Photo : TRENDYaşar Nuri. Arxiv şəkli
Yaşar Nuri. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Xatirə gecəsinin rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, ssenari müəllifi Çingiz Ələsgərlidir

BAKI, 14 noy — Sputnik. Noyabrın 15-də Akademik Milli Dram Teatrında xalq artisti, görkəmli kino və teatr xadimi Yaşar Nurinin 65 illik yubileyi münasibəti ilə xatirə tədbiri keçiriləcək. Teatrın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, tədbir Mədəniyyət və Turizm Nazirliyi və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə baş tutacaq.

Səməd Vurğun - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Xalq şairinin 110 illik yubileyi İstanbul və Ankarada qeyd olunacaq

Xatirə gecəsinin rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, ssenari müəllifi Çingiz Ələsgərlidir. Mərasimdə Yaşar Nurinin kino, televiziya və teatr tamaşalarından fraqmentlər nümayiş olunacaq, sənətkarın dostları xatirələrini bölüşəcəklər. Gecədə eyni zamanda Yaşar Nurinin sevdiyi mahnılar səslənəcək.

Qeyd edək ki, Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib. Səhnəyə ilk dəfə on bir yaşında Akademik Milli Dram Teatrında "Toy kimindir?" tamaşasında Tapdıq rolunda çıxıb.

1974-cü il dekabr ayının 1-də Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub. Yaşar Nuri Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə müxtəlif dövlət mükafatları və təltiflərə layiq görülüb.

Xatırladaq ki, xalq artisti uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Bakıda vəfat edib.

Xəbər lenti
0