08:28 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
91 0 0

Bir ay ərzində 280 min tamaşaçı bu filmi seyr edib

BAKI, 11 noy — Sputnik. "Xaricdə yaşayan azərbaycanlılar "Əli və Nino" filminə böyük maraq göstərirlər və bu, çox yaxşı haldır". Bu gün Sputnik Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında, kinorejissor, ssenarist və prodüser Cəfər Axundzadə belə deyib.

Onun sözlərinə görə, əsər Gürcüstana da aid olduğu üçün, orada filmin nümayişi yaxşı gedir: "Bir neçə ölkədə nümayişlər təşkil olunur. Bu sıradan Gürcüstan və Türkiyədə nümayişlər olub, indi isə planlarda Moskva, Cenevrə və London nümayişləri var".

"Azərbaycanda filmin prokatı çox gözəl gedir, çox da yaxşı tamaşaçı cəlb edir. Bir ay ərzində 280 min tamaşaçı bu filmi seyr edib. Mən düşünürəm ki, bu, Azərbaycan filmi üçün çox yaxşı rəqəmdir. İndi film hələ də nümayişdədir. Azərbaycan, filmlərin 4-5 ay nümayiş olunduğu dövrü artıq keçib. Amma "Əli və Nono" filminə böyük tələb olduğu üçün və insanlar gəldiyi üçün, o, saxlanılır. İnsanlar baxmaq istəyirsə, biz bunu saxlayıb göstərəcəyik", — deyə rejissor bildirib.

O, əlavə edib ki, "Əli və Nino" tək sevgi hekayəsi deyil, həm də Azərbaycan tarixinin bir hissəsidir: "Azərbaycanda hələ bu səviyyədə film çəkilməmişdi. Hələ ki bu film gedir, tələsin, bu filmə baxın".

Qeyd edək ki, "Əli və Nino" Qurban Səidin ilk dəfə 1937-ci ildə nəşr edilmiş eyni adlı romanı əsasında, romantik dram janrında, Kristofer Hemptonun ssenari müəllifliyi və Asif Kapadianın rejissorluğu ilə çəkilən bədii filmdir. Əsas çəkilişləri Azərbaycan və Türkiyədə aparılan filmdə baş rolları Mariya Valverde və Adam Bakri canlandırıblar.

Əli və Nino filmindən fragment
© Photo
"Əli və Nino" filmindən fragment

Müsəlman Əli ilə xristian Ninonun sevgi hekayəsi 1917-18-ci illərdə Bakıda bolşevik işğalı ərəfəsində baş verir. Şərq dəyərlərinə dayanan fikirlərə sahib olan Əli Xan Şirvanşir və Qərb mədəniyyətinin daşıyıcısı olan Nino Kipiani məktəb illərində bir-birilərinə aşiq olurlar. Birinci Dünya Müharibəsi və Rusiya inqilabı davam etdiyi vaxtda, Azərbaycanın müstəqillik mübarizəsində olduğu xaotik bir mühitdə Əli Şərq mədəniyyətindən gələn fikirləri və Ninoya olan məhəbbəti arasında seçim etmək məcburiyyətində qalır.

Əlaqədar

Uşaqlarınızı bu dörd ən təhlükəli cizgi filmindən uzaq tutun
Dövlət Müstəqilliyi Günü ilə bağlı sənədli film hazırlanıb
“Qırmızı bağ” filminin beynəlxalq premyerası olub
Ramiz Fətəliyev: O filmi səbrsizliklə gözləyirəm
Azərbaycanda erotik filmlərin istehsalına ziddiyyətli yanaşmalar
Teqlər:
Cəfər Axundzadə, "Əli və Nino", tamaşaçı, kino, film

Əsas mövzular