23:23 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
101 0 0

Bakıda "Medeya. Sekvensiya 01" və "Naməlum Axundzadə" tamaşaları nümayiş olunub

BAKI, 10 noy — Sputnik. 7-8 noyabr tarixlərində Bakıda "Multikulturalizm və teatr" mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransı keçirilib. Konfrans çərçivəsində xarici və yerli mütəxəssislər Yuğ Dövlət Teatrının M. Mikayılovun "Medeya. Sekvensiya 01" və baş rejissor G. Ömərin "Naməlum Axundzadə" tamaşalarına baxdı. Hər iki tamaşa qonaqlar tərəfindən maraqla qarşılanıb.

İlham Əliyev
© Official website of President of Azerbaijan Republic

Yuğ Dövlət Teatrının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, M. Mikayılovun "Medeya. Sekvensiya 01" tamaşası hər il Gürcüstanda keçirilən və teatr aləminin ən mötəbər festivallarından sayılan Tbilisi Beynəlxalq Teatr Festivalının təşkilatçılarından teatrşünas, doktor, professor İrina Qoqoberidzenin və festivalın koordinatoru, teatrşünas Lela Oçuairinin xüsusi marağına səbəb olub və festivala dəvət edilib.

Həmçinin Konfransın ikinci günü (8 noyabr) Yuğ Dövlət Teatrının ədəbi hissə müdiri, teatrşünas Elçin Cəfərov "Yuğ teatrı: Şərqdə Qərb paradoksu" adlı məruzə ilə çıxış edib. E. Cəfərovun çıxışı həm yerli, həm də xarici mütəxəssislər tərəfindən maraqla qarşılanıb.

Əlaqədar

Kukla Teatrından balaca tamaşaçılara müjdə
Opera və Balet Teatrında “Payatsı”ya baxa biləcəksiniz
Fuad Poladov teatrdan getdiyini açıqlayıb
Azərbaycanlı teatrşünaslar Belqrada gediblər
Bu teatrı internetdə də izləmək mümkün olacaq
Teatr mövsümü qapanır
"İnsanları məcburi şəkildə teatra aparmaq savabdır"
Teqlər:
Yuğ Dövlət Teatrı, "Teatr və multikulturalizm", multikulturalizm, teatr, konfrans, tamaşa

Əsas mövzular