07:10 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
46 0 0

Namiq Quliyev: "Cari ildə festivala ilk dəfə qatılan ölkələr olacaq, eyni zamanda festivalın keçirildiyi müddət də 10 günədək artırılıb"

BAKI, 26 okt — Sputnik. Bakıda noyabrın 3-də VII Avropa Kino Festivalı start götürəcək. Festivalda Avropa İttifaqının 19 ölkəsində istehsal olunmuş bədii və sənədli filmlər nümayiş olunacaq. Bu barədə Sputnik-ə "Park Cinema" kinoteatrlar şəbəkəsinin baş direktoru Namiq Quliyev məlumat verib.

"Avropa film festivalına bu il daha çox maraq göstərilir. Cari ildə festivala ilk dəfə qatılan ölkələr olacaq, eyni zamanda festivalın keçirildiyi müddət də 10 günədək artırılıb", — deyə Namiq Quliyev bildirib.

O, əlavə edib ki, milli kino industriyasının əsas hadisələrindən biri olan festivala hazırlıq işləri yekunlaşmaq üzrədir. N. Quliyev festivalda maksimal sayda iştirakçı və tamaşaçı sayını təmin etmək üçün Avropa İttifaqının Azərbaycan nümayəndəliyi və "Park Cinema" kinoteatrlar şəbəkəsinin genişmiqyaslı PR kampaniyası həyata keçirdiklərini qeyd edib.

"Festival haqda informasiya "Park Cinema"nın bütün meydançalarında monitorlarda nümayiş olunur, üzərində reklam daşıyıcıları olan fasad banneri yerləşdirilib. Bundan əlavə, Festival haqda informasiya seanslardan əvvəl nümayiş etdirilir. Avropa İttifaqı ölkələrinin Azərbaycandakı səfirlikləri və mədəniyyət mərkəzləri də festivalın təbliğini aparırlar", — Quliyev söyləyib.

O, festivalı Yunanıstan və İspaniyanın açacağını bildirib: "Yunanıstan festivalda rejissor Pantelis Vulqarisin Yunanıstan kino akademiyasının altı mükafatına layiq görülmüş "Kiçik İngiltərə" dramı təmsil edəcək. Rejissor David Truebenin komediya-dram janrında çəkdiyi və festivalın ilk günündə təqdim olunacaq İspaniya istehsalı olan "Bağlı gözlərlə yaşamaq asandır" filmi də bir sıra mükafatlar, o cümlədən ən yaxşı film nominasiyası da daxil olmaqla altı Qoyya mükafatı qazanıb. Festivalda müxtəlif janrlarda — komediya, dram, triller janrlarında çəkilmiş 19 bədii və sənədli film təqdim olunacaq".

"Filmlərin arasında əvvəllər müxtəlif nüfuzlu kino mükafatlarına layiq görülmüş filmlər də var. Festivalın proqramına daxil edilmiş filmlərin Azərbaycan kino həvəskarlarının ürəyinə yol tapacağına və Avropa film festivalının öz inkişafında irəliyə doğru daha bir addım atacağına ümid edirik", — deyən Namiq Quliyev bu il festival filmlərinə tamaşa etməyə gələnlərin sayının maksimal həddə çatacağını gözlədiklərini vurğulayıb.

"Park Cinema" kinoteatrlar şəbəkəsinin baş direktoru Avropa film festivalında Azərbaycanın "Qırmızı bağ" dramı ilə iştirak edəcəyini də diqqətə çatdırıb.

Əlaqədar

Dövlət Müstəqilliyi Günü ilə bağlı sənədli film hazırlanıb
"Kurtlar Vadisi Darbe" filminə görə cinayət işi açıldı
Ramiz Fətəliyev: O filmi səbrsizliklə gözləyirəm
“Qırmızı bağ” filminin beynəlxalq premyerası olub
Bakılılar Bollivud filmlərinin qəhrəmanları kimi hərəkət etməyi öyrənirlər
Azərbaycanda erotik filmlərin istehsalına ziddiyyətli yanaşmalar
Teqlər:
Namiq Quliyev, VII Avropa Kino Festivalı, festival, kino, film, Bakı

Əsas mövzular