10:31 27 Aprel 2018
Canlı yayım
Opera və Balet Teatrı

"Karmen" operası nümayiş olunacaq

© Sputnik / Murad Orujov
MƏDƏNİYYƏT
Qısa URL
15 0 0

Partiyanı ifa etmək üçün Polşanın Vroslav Opera Teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı İrina Jitinskanı dəvət edib

BAKI, 24 okt — Sputnik. Noyabrın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Jorj Bizenin "Karmen" operasının tamaşası keçiriləcək. Teatrın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, teatrın rəhbərliyi Karmen partiyasını ifa etmək üçün Polşanın Vroslav Opera Teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı İrina Jitinskanı dəvət edib.

Fuad Poladov, Şah Qacar obrazında
© Foto : Akademik Milli Dram Teatrı

İ.Jitinska hazırda Avropada çox populyar olub, bir çox ölkələrdə — Danimarka, Hollandiya, Finlandiya, Almaniya, Fransa, İtaliya, İspaniya, Yunanıstan, Portuqaliya və s. vaxtaşırı qastrol səfərlərində olub. Portuqaliyanın Lissabon şəhərində keçirilən opera sənəti festivalında vokalçı Karmen partiyasının ən yaxşı ifaçısı üçün təsis edilmiş prizə layiq görülüb.

Noyabrın 12-də keçiriləcək tamaşaya, həmçinin Rusiya Akademik Böyük Teatrının aparıcı solisti, Azərbaycanın Əməkdar Artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Elçin Əzizov (Eskamilio) və Ukrayna Milli Operasının solisti, Ukraynanın Xalq Artisti Andrey Romanenko da (Xoze) dəvət olunub.

Tamaşada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri — Xalq Artisti Əli Əsgərov (Suniqo), Əməkdar Artistlər İnarə Babayeva (Mikaela), Gülnaz İsmayılova (Fraskita), Səbinə Əsədova (Mersedes), solistlər Tural Ağasıyev (Dankayro) və Əliəhməd İbrahimov (Romendado) da çıxış edəcəklər. Tamaşanın dirijoru beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevdir.

Əlaqədar

"Şah Qacar" tamaşası 50-ci dəfə nümayiş olunacaq
Milli Dram Teatrda “Sənətkarın taleyi” tamaşası nümayiş olunub
Dram Teatrında “Boy çiçəyi” nümayiş olundu
Yeni tamaşa gəlir
Teqlər:
tamaşa, teatr, Polşa, opera, "Karmen", Jorj Bizen, Opera və Balet Teatrı

Əsas mövzular