Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı müğənni "SSRİ-də doğulmuşlar" siyahısında

© AZƏRTACXalq artisti Samir Cəfərov
Xalq artisti Samir Cəfərov - Sputnik Azərbaycan
Abunə olmaq
Xalq artisti Samir Cəfərov Moskvada keçiriləcək konsertə dəvət alıb

BAKI, 19 okt — Sputnik. Oktyabrın 28-də Moskvanın A.Çaykovski adına konsert zalında, MDB ölkələri sənətçilərinin iştirakı ilə, "SSRİ-də doğulmuşlar" adlı konsert keçiriləcək. Konsertdə azərbaycanlı vokalçı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, xalq artisti, Prezident mükafatçısı Samir Cəfərov da iştirak edəcək.

O, Sputnik-ə açıqlamasında, bu konsertin ilk dəfə keçirildiyini bildirib: ""SSRİ-də doğulmuşlar" adlı konsert proqramında ilk dəfədir çıxış edəcəm. 1976-cı ildə dünyaya gəldiyim üçüm, mən də SSRİ-də doğulanlar siyahısındayam. Orada Azərbaycanı təmsil edəcəm".

Xalq artisti konsertdə hər ölkənin məşhur musiqilərinin təqdim olunacağını qeyd edib: "Mən də təbii ki, dahi Üzeyir Hacıbəylinin "Arşın mal alan" əsərindən Əsgərin ariyasını və məşhur "Pulun var" mahnısını ifa edəcəm".

Samir Cəfərovun "Pulun var" mahnısında duet ortağı rusiyalı xanım müğənni olacaq. Onun konkret kim olacağı isə, hələlik bəlli deyil.

Xəbər lenti
0