Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Sözsüz"...

© Photo : Anton ShuminskyƏməkdar Artist Şövqü Hüseynov Semuel Bekketin “Sözsüz” mono-tamaşasında
Əməkdar Artist Şövqü Hüseynov Semuel Bekketin “Sözsüz” mono-tamaşasında - Sputnik Azərbaycan
Abunə olmaq
Yaradıcı heyət Vilnus və Visaginas şəhərlərində keçirilmiş "Atspindys" XI Beynəlxalq monotamaşalar festivalında ölkəmizi təmsil edib

BAKI, 18 okt — Sputnik. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti növbəti Beynəlxalq Teatr Festivalında uğurla iştirak edərək Vətənə dönüb. Teatrın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, heyət Litvanın Vilnus və Visaginas şəhərlərində keçirilmiş "Atspindys" XI Beynəlxalq monotamaşalar festivalında ölkəmizi layiqincə təmsil edib.

Teatr - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanlı teatrşünaslar Belqrada gediblər

Teatrın yaradıcı heyəti festivalda Semuel Bekketin "Sözsüz" mono-tamaşası ilə çıxış edib. Səhnə əsərinin quruluşçu rejissoru İsa Əsədov, ifaçı, əməkdar artist Şövqü Hüseynovdur.

Oktyabr ayının 11-dən 17-dək davam edən festivalda gün ərzində 3 (sonuncu gün 4) tamaşa olmaqla, 13 səhnə əsəri nümayiş etdirilib. Azərbaycanla yanaşı, festivalda Rusiya, Litva, Belarus, Ukrayna, İtaliya, Slovakiyanın bir sıra teatr kollektivlərinin tamaşaları göstərilib.

Tamaşa ""Atspindys" XI Beynəlxalq monotamaşalar Festivalında iştiraka görə" diplomu ilə yanaşı, festivalın xüsusi diplomuna və mükafatına layiq görülüb.

Xəbər lenti
0