Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Şekspir Xalçası"nın qalibi bəlli oldu

© Photo : azcarpetmuseum.azAzərbaycan “Şekspir Xalçası” müsabiqəsinin qalibi elan olundu
Azərbaycan “Şekspir Xalçası” müsabiqəsinin qalibi elan olundu - Sputnik Azərbaycan
Abunə olmaq
Müsabiqənin qalibi Londonun V&A Muzeyinə və Şekspirin "Qlobus" teatrına səhayət etmək imkanı qazanıb

BAKI, 17 okt — Sputnik. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (GTT) istedadlı rəssamı Telman Şıxıyev daha bir müsabiqədə iştirak edərək qalib olub. Teatrın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, teatrın əməkdaşı British Council, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə həyata keçirilmiş Azərbaycan "Şekspir Xalçası" müsabiqəsinin qalibi olub. 

Dahi dramaturqun 450-ci ildönümü şərəfinə keçirilən müsabiqə cari ilin may ayında start götürüb. Müsabiqəyə may-iyul tarixləri arasında uşaqlar, peşəkar dizaynerlər və ictimaiyyət tərəfindən 60-dan çox əl işi təqdim edilib. Müsabiqəyə təqdim edilən xalça dizaynları Şekspirin pyeslərindəki səhnələri və əsərlərindəki motivləri təsvir etməklə yanaşı, həm də Azərbaycan ənənələrini əks etdirib. Müsabiqənin ümumi qalibi olan Telman Şıxıyev Londonun V&A Muzeyinə və Şekspirin "Qlobus" teatrına səhayət etmək imkanı qazanıb.

© Photo : Şəxsi arxivindənRəssam Telman Şıxıyev
Rəssam Telman Şıxıyev - Sputnik Azərbaycan
Rəssam Telman Şıxıyev

Qeyd edək ki, T.Şıxıyev 2016-cı ilin iyun ayında Almaniyanın Azərbaycandakı səfirliyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası "Qız Qalası" İncəsənət Qalereyası və "Berlin-Bakı" Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə həyata keçirilmiş "Almaniya bir rəssamın gözü ilə" sərgisində 3-cü yerə layiq görülərək Almaniyaya 10 günlük səfər etmək imkanı əldə edib.

Xəbər lenti
0