00:26 02 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
397921

Rusiyalı yazar: Artıq bir bənd yazanlara da Nobel mükafatı verirlər.

BAKI, 13 okt-Sputnik. «Mən onun mətn yazdığını xatırlamıram. Əlbəttə, Nobel mükafatı bundan da aşağı səviyyəyə düşə bilməzdi. Artıq bir bənd yazanlara da Nobel mükafatı verirlər."
Bu fikirləri Rusiyanın tanınmış yazıçı və publisisti Eduard Limonov "Qovorit Moskva" radiostansiyasına verdiyi müsahibədə 2016-cı ilin Ədəbiyyat üzrə Nobel mükafatının amerikalı rok ustası Bob Dilana verilməsini şərh edərkən deyib.

"Yaxşıdır ki, onu Şenderoviçə (Rusiyalı satirik yazar Viktor Şenderoviç-red) və Navalnıya (Rusiyalı siyasətçi və ictimai xadim Aleksey Navalnı-red.) verməyiblər. Hər halda buna görə onlara təşəkkür düşür" — deyə Limonov əlavə edib.

Bob Dilan "Amerika musiqi ənənəsi çərçivəsində yeni poetik ifadə tərzi yaratdığına görə" bu ali mükafata layiq görülüb.

O, folk, folk-rok və kantri-rok üslubunda işləyən şair və musiqiçidir. O, on qat "Qremmi" mükafatı laureatıdır.

Ədəbiyyat üzrə mükafat XIX əsr İsveç sənayeçi və ixtiraçısı Alfred Nobel tərəfindən vəsiyyət edilmiş beş mükafatdan biridir.

Təqdimat mərasimi hər il 10 dekabrda Stokholmda, mükafatın təsisçisinin vəfat etdiyi gündə keçirilir. Onun məbləği 8 milyon İsveç kronu (932 min dollar) təşkil edir.

Əlaqədar

Ədəbiyyat üzrə Nobel mükafatı musiqiçiyə verildi
Nobel sülh mükafatı görün kimə verildi
Fizika üzrə Nobel mükafatçılarının adları açıqlanıb
Nobel mükafatçısı UNEC-də olub
Nobel alan ilk Türk
Teqlər:
Alfred Nobel, Ədəbiyyat üzrə Nobel mükafatı, Bob Dilan, Nobel mükafatı, Amerika, İsveç, ABŞ

Əsas mövzular