Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Şah Qacar" tamaşası 50-ci dəfə nümayiş olunacaq

© Photo : Akademik Milli Dram TeatrıŞah Qacar tamaşası
Şah Qacar tamaşası - Sputnik Azərbaycan
Abunə olmaq
Azər Paşa Nemətin hazırladığı iki hissəli faciənin elmi məsləhətçisi Çingiz Qacardır

BAKI, 12 okt — Sputnik. Oktyabrın 15-də Akademik Milli Dram Teatrında dövlət sifarişi ilə hazırlanan "Şah Qacar" tamaşası nümayiş olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Əməkdar İncəsənət Xadimi Əli Əmirlinin "Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar" pyesi əsasında xalq artisti, Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru Azər Paşa Nemətin hazırladığı iki hissəli faciənin elmi məsləhətçisi Çingiz Qacardır. 50-ci dəfə oynanılacaq səhnə əsərinin bəstəkarı xalq artisti Siyavuş Kərimi, rejissor assistenti Vidadi Həsənovdur.

Qeyd edək ki, tamaşada xalq artistləri Fuad Poladov (Şah Qacar), Laləzar Mustafayeva (Ceyran xanım), əməkdar artistlər Sabir Məmmədov (Sadıq xan), Məmməd Səfa (Kərim xan Zənd), Anar Heybətov (Cəfərqulu xan), Vidadi Həsənov (Şeyx Cəfər Tonkabuni), Mətləb Abdullayev (Məhəmməd Əli xan Bəylərbəyi), Kazım Abdullayev (Əli xan Cocuq), Ayşad Məmmədov (Axund Hacı Babək), Elşən Rüstəmov, aktyorlar Elnar Qarayev, Canəli Canəliyev, Samirə Xanlarova, Adil Dəmirov, Fəridə Əliyeva və başqaları iştirak edir.

Xəbər lenti
0