Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Xalq şairinin 90 illik yubileyi qeyd ediləcək

© Photo : baku-art.azXalq şairi Qabil İmamverdiyev
Xalq şairi Qabil İmamverdiyev - Sputnik Azərbaycan
Abunə olmaq
Qabilin yaxınları, poeziya dostları onun haqqında xatirələrini bölüşəcək, həmçinin şairin həyat və yaradıcılığını əks etdirən sərgi açılacaq

BAKI, 29 sen — Sputnik. 2016-cı ilin 29 sentyabr tarixində, saat 19:00-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Filarmoniyasında xalq şairi Qabil İmamverdiyevin anadan olmasının 90 illik yubileyi münasibətilə tədbir keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, xatirə gecəsində şairin həyat və yaradıcılığından, Azərbaycan poeziyasına töhfələrindən danışılacaq, şeirləri səsləndiriləcək. Şairin yaxınları, poeziya dostları onun haqqında xatirələrini bölüşəcək. Həmçinin, Filarmoniyanın foyesində şairin həyat və yaradıcılığını əks etdirən sərgi açılacaq. Tədbir çərçivəsində konsert proqramı təqdim olunacaq.

Qeyd edək ki, Qabil İmamverdiyev 1926-cı il avqustun 12-də Bakıda anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun nəzdində olan hazırlıq kursunda orta təhsil alıb, institutun dil və ədəbiyyat fakültəsinə daxil olub. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik ali ədəbiyyat kurslarında müdavim olub. 1975-1979-cu illərdə "Azərbaycan jurnalı" redaksiyasında şeir üzrə ədəbi işçi, baş redaktorun müavini vəzifələrində çalışıb. AYB Ağsaqqallar Şurasının sədri olub.

Xəbər lenti
0