14:15 06 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0439
  • RUB0.0227
MƏDƏNİYYƏT
Qısa URL
12 0 0

Azər Paşa Nemət: "İnanıram ki, nəinki Şuşa teatrı, İrəvan teatrı da öz yerinə qayıdacaq"

BAKI, 21 sen — Sputnik. Akademik Milli Dram Teatrında "Qarabağnamə" tamaşası ilə yeni mövsümün açılışı olub. Teatrın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, 144-cü teatr mövsümünün açılışına həsr olunan tədbirdə çıxış edən teatrın direktoru və bədii rəhbəri, xalq artisti Azər Paşa Nemət bildirib ki, yeni mövsümdə tamaşaçılara həm dünya klassikası, həm də Azərbaycan klassikasından tamaşalar təqdim olunacaq.

"Akademik Milli Dram Teatrının kollektivi uğurla yeni əsərlər üzərində çalışır. Yeni mövsümdə maraqlı tamaşalarla sizin qarşınızda olacağıq. Kollektivimiz Şəki Beynəlxalq Teatr Festivalında "Ölülər" tamaşasını uğurla nümayiş etdirdi, bu gün teatrımızda yeni səhnə əsərləri üçün hazırlıqlar görülür", — direktor bildirib.

O, əlavə edib ki, teatrın həm açılış, həm də bağlanış mərasimi ənənəvi olaraq "Qarabağnamə" tamaşası ilə keçirilir: "Bizim böyük arzumuz var ki, bu tamaşa Qarabağda, Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində oynanılsın. Bu teatr Şuşada cəmi bir il fəaliyyət göstərə bildi. Amma sağ olsun dövlətimiz, sağ olsun Mədəniyyət və Turizm Nazirliyi ki, bu teatrı qoruyub-saxlayır, yaşadır. Mən inanıram ki, nəinki Şuşa teatrı, İrəvan teatrı da öz yerinə qayıdacaq".

Əlaqədar

Salyandan Təbrizə qədər yeganə teatr
Azərbaycanda yeni teatr yaradıldı
Bakıda yeni teatr yaradıldı
Əməkdar artist kino və teatr sahəsində yeyilən milyonlardan danışdı
Teqlər:
Azər Paşa Nemət, açılış, mövsüm, "Qarabağnamə" tamaşası, Akademik Milli Dram Teatrı

Əsas mövzular