Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bütün zamanların ən yaxşı detektivi liderliyini qoruyur

© Photo : PUBLIC DOMAINAqata Kristi
Aqata Kristi - Sputnik Azərbaycan
Abunə olmaq
2016-cı ildə Aqata Kristinin romanlarına tələbat 10 faiz artıb

BAKI, 15 sen — Sputnik. 2016-cı ildə Aqata Kristinin romanlarına tələbat 10% artıb. Sputnik RİA Novosti-yə istinadla xəbər verir ki, bu məlumatı "Moskva kitab evi"nin mətbuat-xidməti verib.

Artur Konan Doylun "Mavi karbunkul" adlı romanının təsiri altında detektiv roman yazmağa qərar verən Aqata, üstündən bir əsrdən də çox vaxt keçməsinə baxmayaraq, hələ də müasir detektiv janrının ən görkəmli nümayəndəsi hesab edilir. Və bu gün Aqata Kristinin anadan olmasından 126 il ötür.

Xalq yazıçısı İsmayıl Şıxlının anım tədbiri keçirilib - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Xalq yazıçısının xatirəsi anıldı

"Aqata Kristinin yaradıcılığı detektiv janrın klassikasıdır. Ona maraq oxucular arasında həmişə yüksəkdir. 2016-cı ildə onun romanları ümumi kitab satışının 5%-ni təşkil edib. Ümumilikdə isə onun əsərlərinə tələbat 10% artıb. Onun kitabları xarici detektiv kitablar arasında liderlik edir. Aqatanın əsərləri dünyanın digər populyar klassik detektiv yazarlarının, o cümlədən Konan Doylun və çağdaş müəlliflərdən Robert Gelbreyt, Jan-Kristof Qranjenin və Den Braunun əsərlərini də geridə qoyur" — deyə kitab evləri şəbəkəsinin mətbuat xidmətinin rəhbəri Nadejda Mixaylova bildirib.

Aqata Kristi "Erküle Puaro" və "Miss Marpl" detektiv romanlar seriyasının yaradıcısı kimi məşhurdur. Onun kitabları dünyanın əksər ölkələrində, 103 dildə nəşr edilib və oxucular arasında böyük uğur qazanıb. Hələ yazıçının əsərləri onun sağlığında 120 milyon nüsxəni ötmüşdü.

"Moskva kitab evi" beynəlxalq kitab mağazaları şəbəkəsinin (yeri gəlmişkən, bu şəbəkənin Bakıda da kitab mağazası mövcuddur) məlumatına görə, Aqatanın hazırda ən populyar romanları "On zənci balası", "Əlifba sırası ilə qətl" və "Şərq ekspressində qətl"dir.

Onun 1926-cı ildə çap etdirdiyi "Rocer Ekroydun qətli" romanı 2013-cü ildə bütün zamanların ən yaxşı detektivi seçilib. Bu, Beynəlxalq Yazıçılar Assosiasiyasında keçirilən sorğu zamanı müəyyən olunub. "Rocer Ekroydun qətli" dünyanın ən yaxşı 600 detektiv əsəri arasında ən yaxşı roman adına layiq görülüb.

Xəbər lenti
0