Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bakıda VIII Beynəlxalq Musiqi Festivalı keçiriləcək

© AZƏRTACMusiqi festivalı
Musiqi festivalı - Sputnik Azərbaycan
Abunə olmaq
Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən ənənəvi festivala Üzeyir Hacıbəyli doğum günündə start veriləcək

BAKI, 25 avq — Sputnik. Sentyabrın 18-də Bakıda Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı başlanacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən ənənəvi festivala dahi bəstəkarın doğum günündə start veriləcək.

Azərbaycan Moskvada keçirilən Milli Mətbəx Festivalında təmsil olunub - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycan Moskvada keçirilən festivalda təmsil olunub

On gün davam edəcək festival çərçivəsində M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Kamera və Orqan Musiqisi Zalında, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Azərbaycan Bəstəkarlar İttifaqında, Bakı Musiqi Akademiyasında və digər konsert salonlarında Üzeyir Hacıbəylinin, Azərbaycan klassik musiqisinin digər nümayəndələrinin, dünya şöhrətli bəstəkarların əsərləri yerli və xarici ölkələrin musiqiçilərinin ifasında təqdim olunacaq.

Qeyd edək ki, mərhum prezident Heydər Əliyevin 1995-ci il 18 sentyabr tarixli fərmanına uyğun olaraq hər il ölkəmizdə ənənəvi Milli musiqi günü keçirilir. 2009-cu ildə Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunan beynəlxalq musiqi festivalının təməli qoyulub.

Xəbər lenti
0