09:28 08 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
49 0 0

Rəhim Rəhimov: "Əməliyyatın sentyabrda olması nəzərdə tutulub. İndi növbəmi gözləyirəm"

BAKI, 15 avq — Sputnik. Böyrək çatışmazlığından əziyyət çəkən gənc aktyor Rəhim Rəhimovun əməliyyat və müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb. Bu haqda Sputnik-ə aktyor özü məlumat verib.

R. Rəhimov qeyd edib ki, əməliyyat xərclərinə kömək göstərilməsi üçün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya məktubla müraciət edib: "Məktubuma müsbət cavab verilib. Əməliyyat xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb. Məktubuma diqqətlə yanaşdığına və göstərdiyi köməkliyə görə Mehriban xanıma təşəkkür edirəm".

"Əməliyyatın sentyabrda olması nəzərdə tutulub. İndi növbəmi gözləyirəm", — o, əlavə edib.

Aktyor hazırda xəstəxanada əməliyyat üçün növbəyə yazılıb. Dediyinə görə, müalicəsi davam edir və əvvəlki vaxtlarla müqayisədə əziyyəti normaldır: "Həkimlərin məsləhəti ilə gəzintiyə çıxıram. Hətta həkimlər işə çıxmağıma icazə veriblər və sentyabrda Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrına qayıdacağam".

Əlaqədar

Aktyorlar “Qarışqa yuvasında”
3 aya aktyor, 6 aya "ulduz" olanlar...
Görkəmli aktyorun xatirəsi yad edildi
Azərbaycanlı aktyor böyrəyini satışa çıxardı
"Müstəntiq olmaq istəyirdim, aktyor oldum"
Tanınmış aktyor dünyasını dəyişdi
Teqlər:
Mehriban Əliyeva, Heydər Əliyev Fondu, əməliyyat, Rəhim Rəhimov, aktyor, böyrək çatışmazlığı

Əsas mövzular