10:01 07 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
10201

Xalq artistinin həyat yoldaşı hepatitə yoluxub. Gülzar Quliyeva hazırda Kliniki Tibbi Mərkəzdə yoluxucu xəstəliklər şöbəsində müalicə alır. Həkimlər vəziyyətinin ağır olduğunu deyirlər.

BAKI, 28 iyul — Sputnik. Xalq artisti Arif Quliyevin həyat yoldaşı xəstəxanaya yerləşdirilib. Bu barədə kulis.az-a aktyor özü məlumat verib.

O bildirib ki, xanımı Gülzar Quliyeva Hepatit C virusuna yoluxub: "Yoldaşım hazırda Kliniki Tibbi Mərkəzdə yoluxucu xəstəliklər şöbəsində müalicə alır. Həkimlər vəziyyətinin ağır olduğunu deyirlər".

Arif Quliyev xanımın müalicəsinin xaricdə davam etdirilməsinin lazım olduğunu deyib: "Amma bu mənim imkanlarım xaricindədir. Mən iki il qabaq sinir xəstəliyinə tutulanda müalicə xərclərini dövlət öz üzərinə götürmüşdü. Allah hökumətimizdən razı olsun. Mən ata-ana qayğısından uzaq olmuşam. Oğlum Fərid dünyasını dəyişəndən sonra Gülzar üçün yaşayıram. Bircə təsəllim onun varlığıdır. O da belə…".

Əlaqədar

Tanınmış kinematoqrafa "Xalq artisti" fəxri adı verildi
Xalq artistinin məzarı ziyarət edildi
Rusiyalı xalq artisti doğuşdan sonra həyatını itirdi
Xalq artisti Nuriyyə Əhmədova vəfat etdi
Azərbaycanın xalq artisti vəfat edib
Xalq artisti Muxtar Maniyev reanimasiyadan palataya köçürülüb
Teqlər:
Kliniki Tibbi Mərkəz, Hepatit C, Gülzar Quliyeva, Arif Quliyev, xəstə, xalq artisti

Əsas mövzular