01:31 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
MƏDƏNİYYƏT

"Qızıl maska"nın sahibi Bakıdadır

MƏDƏNİYYƏT
Qısa URL
1501

Permdə fəaliyyət göstərən "U mosta" teatrının bədii rəhbəri və direktoru Sergey Fedotov Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olub

BAKI, 25 iyul — Sputnik. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 88-ci teatr mövsümü artıq yekunlaşsa da, xarici ölkə teatrları ilə yaradıcılıq mübadilələri hələ də davam etməkdədir. Teatrın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Kalmık Milli Dram Teatrının baş direktorundan sonra, bu dəfə Permdə fəaliyyət göstərən "U mosta" teatrının bədii rəhbəri və direktoru Sergey Fedotov teatrın qonağı olub.

Vaqif Əsədov, xalq artisti
© Photo : V.Əsədovun şəxsi arxivindən

Bir neçə gün şəhərimizin və teatrın qonağı olan S. Fedotov Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbəri, əməkdar incəsənət xadimi Mübariz Həmidovla görüşərək bir sıra yaradıcılıq mübadilələri aparıb. Dövlət Gənc Tamaşaçılar Teatrının cari repertuarındakı tamaşalar, teatrın iştirak etdiyi beynəlxalq festivallar haqqında müzakirələr aparan iki teatr rəhbəri daha sonra cari ilin sentyabr- oktyabr aylarında Perm şəhərində baş tutacaq II Martin MakDonax Beynəlxalq Teatr Festivalından da danışıblar.

Teatr rəhbərləri festivalda iştirak edəcək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə yanaşı, digər ölkələr və onların təqdim edəcəkləri səhnə əsərlərini müzakirə ediblər. Söhbət zamanı məşhur rejissor Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında da bir əsərə məmnuniyyətlə quruluş verməyə hazır olduğunu bildirib.

Fedotov 2014-cü ildə iştirak etdiyi "III Beynəlxalq Bakı Teatr Konfransı"ndan maraqlı təəssüratlarla ayrıldığını və böyük məmnuniyyətlə cari ilin 5-6 noyabr tarixlərində keçiriləcək "IV Bakı Beynəlxalq Teatr Konfransı"nda iştirak edəcəyini dilə gətirib.

Qeyd edək ki, Sergey Fedotov RF-in Əməkdar İncəsənət Xadimi, "Qızıl maska", Çexiyanın Milli və RF-in Dövlət Mükafatları laureatı, Martin MakDonax Beynəlxalq Teatr Festivalının prezidentidir. Rusiyanın aparıcı teatrlarında, eləcə də bir sıra xarici ölkə teatrlarında onun quruluş verdiyi tamaşalar hazırda uğurla oynanılmaqdadır.

Əlaqədar

Teatr mövsümü qapanır
"İnsanları məcburi şəkildə teatra aparmaq savabdır"
Teatrdan çaxır qoxusu gələrsə...
Kukla teatrının rejissoru: nağıl qəhrəmanları azdır
"Teatrı sevən insanlar biletə pul tapıb gedir"
Teqlər:
Mübariz Həmidov, Sergey Fedotov, "U mosta" teatrı, Kalmık Milli Dram Teatrı, teatr, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı

Əsas mövzular