Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Məhbusların gizli şifrələrini daşıyan sənət

© Sputnik / Shahperi AbbasovaQədim sənət növü təkəlduz
Qədim sənət növü təkəlduz - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda geniş yayılmış qədim xalq sənəti növlərindən biri də təkəlduzdur. Əvvəllər bu sənətlə kişilər də məşğul olurdular.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 21 iyul — Sputnik. Dekorativ-tətbiqi incəsənətin bir növü olan bədii tikmənin Azərbaycanda çox qədim tarixi var. Elə bir azərbaycanlı ailəsi tapılmaz ki, evində ulu nənələrimizdən yadigar qalan, nəsildən-nəsilə keçərək bu günümüzədək gəlib çıxan zərif tikmə nümunələrinə rast gəlinməsin.

Uşaqlar dünyanın sevinci, şənliyi, ümididirlər - Sputnik Azərbaycan
FOTO
Hər kəsin günahı var, onlardan başqa...

Azərbaycanda geniş yayılmış qədim xalq sənəti növlərindən biri də təkəlduzdur. Sənətkarlar diyarı kimi məşhur olan qədim Şəki, həm də təkəlduz sənətinin vətəni hesab olunur. İpəkçiliyin inkişafı Şəkidə təkəlduz sənətinin inkişafına da böyük təkan verib. Kökü qədimə gedib çıxan təkəlduz sənətinin ilkin nümunələri Azərbaycan mədəniyyətinin incilərindəndir.

Təkəlduz dükanlarında peşəkar ustalar yalnız təkəlduz, evlərdə isə qadınlar güləbətin, xanduz, zərənduz, muncuq, pilək, oturtma, örtmə, cülmə və s. kimi tikmə nümunələri yaradırdılar. Təkəlduz bədii tikmələri ilə qadın geyimləri, böyük yastıqların üzlükləri, mütəkkələr, hamamda işlədilən ayaqaltı xalçalar, örtüklərə bəzək vurulurdu.

XIX əsrdə tikmə ustaları, əsasən qanovuz, mahud, məxmər üzərində işləyirdilər. Parçalar, əsasən tünd-qırmızı, qara, yaşıl, sürməyi, zoğalı rəngdə olurdu.

© Sputnik / Shahperi AbbasovaQədim xalq sənət növü təkəlduz.
Qədim xalq sənət növü təkəlduz - Sputnik Azərbaycan
1/11
Qədim xalq sənət növü təkəlduz.
© Sputnik / Shahperi AbbasovaQədim xalq sənət növü təkəlduz
Qədim xalq sənət növü təkəlduz - Sputnik Azərbaycan
2/11
Qədim xalq sənət növü təkəlduz
© Sputnik / Shahperi AbbasovaQədim xalq sənət növü təkəlduz
Qədim xalq sənət növü təkəlduz - Sputnik Azərbaycan
3/11
Qədim xalq sənət növü təkəlduz
© Sputnik / Shahperi AbbasovaQədim xalq sənət növü təkəlduz
Qədim xalq sənət növü təkəlduz - Sputnik Azərbaycan
4/11
Qədim xalq sənət növü təkəlduz
© Sputnik / Shahperi AbbasovaQədim xalq sənət növü təkəlduz
Qədim xalq sənət növü təkəlduz - Sputnik Azərbaycan
5/11
Qədim xalq sənət növü təkəlduz
© Sputnik / Shahperi AbbasovaQədim xalq sənət növü təkəlduz
Qədim xalq sənət növü təkəlduz - Sputnik Azərbaycan
6/11
Qədim xalq sənət növü təkəlduz
© Sputnik / Shahperi AbbasovaQədim xalq sənət növü təkəlduz
Qədim xalq sənət növü təkəlduz - Sputnik Azərbaycan
7/11
Qədim xalq sənət növü təkəlduz
© Sputnik / Shahperi AbbasovaQədim xalq sənət növü təkəlduz
Qədim xalq sənət növü təkəlduz - Sputnik Azərbaycan
8/11
Qədim xalq sənət növü təkəlduz
© Sputnik / Shahperi AbbasovaQədim xalq sənət növü təkəlduz
Qədim xalq sənət növü təkəlduz - Sputnik Azərbaycan
9/11
Qədim xalq sənət növü təkəlduz
© Sputnik / Shahperi AbbasovaQədim xalq sənət növü təkəlduz
Qədim xalq sənət növü təkəlduz - Sputnik Azərbaycan
10/11
Qədim xalq sənət növü təkəlduz
© Sputnik / Shahperi AbbasovaQədim xalq sənət növü təkəlduz
Qədim xalq sənət növü təkəlduz - Sputnik Azərbaycan
11/11
Qədim xalq sənət növü təkəlduz
1/11
Qədim xalq sənət növü təkəlduz.
2/11
Qədim xalq sənət növü təkəlduz
3/11
Qədim xalq sənət növü təkəlduz
4/11
Qədim xalq sənət növü təkəlduz
5/11
Qədim xalq sənət növü təkəlduz
6/11
Qədim xalq sənət növü təkəlduz
7/11
Qədim xalq sənət növü təkəlduz
8/11
Qədim xalq sənət növü təkəlduz
9/11
Qədim xalq sənət növü təkəlduz
10/11
Qədim xalq sənət növü təkəlduz
11/11
Qədim xalq sənət növü təkəlduz

Hazırda Şəkidə dekorativ sənətin bu zərif növü ilə onlarla qadın məşğul olur. Səxavət Əkbərova da onlardan biridir. O, Şəkidə tanınan təkəlduz ustalarındandır. Onun babası Rza Tağızadə Şəkinin qədim təkəlduz ustalarından biri olub. Səxavət xanımın anası Möhtərəm xanım da Şəkinin məşhur təkəlduz ustalarından olub.

Müsahibim deyir ki, təkəlduz XVIII əsrin sonu — XIX əsrin əvvəllərində Azərbaycanın qədim şəhərlərindən olan Şəkidə geniş yayılan sənət növlərindən biridir. Təkəlduz hərfi mənada "tək əllə düz" mənasını verir.

Əvvəllər bu sənətlə kişilər də məşğul olurdular. Belə ki, uzaq səfərdə və ya həbsxanalarda olanlara evlərinə məktub yazmağa icazə verilməyəndə təkəlduzdan istifadə ediblər. Bu tikiş növündə hər bir bəzək hansısa söz birləşməsini ifadə etdiyindən, bir neçə işarə ilə geniş cümlələri öz ailələrinə "yazıb" göndərə biliblər.

Təkəlduz sənətinin çox incəlik tələb edən, eyni zamanda, xeyli vaxt aparan bir sənət növü olduğunu bildirən Səxavət xanım deyir: "Elə işlər var ki, 3-4 ay üzərində çalışmalı olursan. Kiçik ölçülü əl işləri isə 20 günə, bir aya əmələ gəlir. Hətta elə əsərim də var ki, bir ilə başa gəlib".

"Məsələn, Məhəmməd Füzulinin "Leyli və Məcnun" əsərini bir ilə hazırlamışam. Həmin iş üçün çox incə naxışlar vurmaq lazım gəlirdi. İqtisadiyyat Nazirliyindən həmin əsəri istədilər, istədiyim məbləği vermədiklərinə görə satmadım", — müsahibimiz bildirir.

Xaricilər buta naxışları ilə bəzədilən və çərçivəyə salınan kiçik ölçülü işlərə, qadınlar isə rəngbərəng saplarla bəzədilən balınc üzlərinə daha çox maraq göstərir, bu işləri həvəslə alırlar. Səxavət xanım bu sənətə qəlbən bağlandığını deyir.

Mel ansamblı - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Mel"in köçürdüyü gəlinlər artıq nənə olublar...

"Gözəl sənətdir, əziyyətimizə dəyir. Bu sənətə çox böyük marağım var, işimi sevirəm. Təkəlduz sənəti həyatımın bir hissəsidir. Onsuz yaşaya bilmərəm. Əsərlərimi babamdan qalan iynə və saxnaqla işləyirəm. Başqa iynə ilə işləyəndə naxışlar istədiyim kimi alınmır. Ona görə də babamdan qalan bu alətləri göz bəbəyim kimi qoruyuram", — o qeyd edir.

Səxavət xanım bu sənətin ona babasından, anasından keçdiyini vurğulayır: "Mən də çalışıram, bu sənəti gənclərə öyrədim. Əsas məqsədim bədii tikmə sənətini unudulmağa qoymamaqdır. Ulularımızdan miras qalan bu sənəti yaşatmalıyıq ki, itib-batmasın, başqaları ona sahib çıxmasın".

Həmsöhbətimiz respublikamızda, eləcə də bölgələrdə təşkil olunan dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgilərdə iştirak edir. Dəfələrlə belə sərgilərdə diplomlara layiq görülüb. Onun əl işləri xarici ölkələrdə təşkil olunan sərgilərdə də nümayiş etdirilib.

Xəbər lenti
0