Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Sima" təqdim olundu

Abunə olmaq
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 88-ci teatr mövsümünün yekunlarına həsr olunmuş hesabat iclası keçirilib.

BAKI, 19 iyul-Sputnik. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 88-ci teatr mövsümünün yekunlarına həsr olunmuş hesabat iclası keçirilib. Teatrın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, iclası giriş sözü ilə açan teatrın direktoru, Əməkdar Artist, ASSİTEJ — Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidov mövsüm ərzində əldə edilən uğurlar, təqdim olunan yeni tamaşalar, Beynəlxalq qastrol və festivallar, müxtəlif ölkələrlə teatrımız arasında həyata keçirilmiş aktyor və rejissor mübadilələri haqqında ətraflı məlumat verib. 

Daha sonra Teatr və ASSİTEJ — Azərbaycan Milli Mərkəzinin təsis etdiyi "Sima" mövsümi Teatr Mükafatı öz sahiblərinə təqdim olunub.

Münsiflər heyətinin qərarına əsasən nominasiyalar üzrə "Ən yaxşı tamaşa" Kalmık dramaturqu B.Basanqovun "Təəccüb doğuran hadisə" əsəri əsasında hazırlanmış "Qohumlar", "Mövsümün ən yaxşı xarakterik obraz ifaçısı" Əməkdar Artist Atabala Səfərov, "Mövsümün ən fəal ictimaiyyətçi əməkdaşı" İlham Əsədov, "Mövsümün ən uğurlu baletmeysteri" Vüsal Mehrəliyev, "Mövsümün seçilən aktyoru" Əməkdar Artist Qurban İsmayılov, "Mövsümün ən məhsuldar aktyoru" Əməkdar Artist Şövqi Hüseynov, "Mövsümün ən məhsuldar aktrisası" Zümrüd Quliyeva, "Mövsümün ən yaxşı texniki işçisi" Vadim Kuskov, "Mövsümün perspektivli aktyoru" Ramil Məmmədov, "Teatrın dostu" "Milli.az xəbər portalı", "Mövsümün ən işgüzar əməkdaşı" Zəminə Elbir, "Mövsümün ən yaxşı epizodik rol ifaçısı" Elgün Yəhyayev mükafatlandırılıblar.

Qaliblərə diplomlar və pul mükafatları təqdim edilib.

Məlumat üçün bildirək ki, mükafat teatrın yaradıcı heyəti arasında istedadın və peşəkarlığın qiymətləndirilməsi, peşə stimulunun yaradılması, bədii dəyəri ilə (mövzusu, quruluşu, tərtibatı, ifaçısı) fərqlənən tamaşaların teatr ictimaiyyətinə təqdim edilməsi, habelə mövsüm ərzində hazırlanmış ən uğurlu səhnə əsərlərinin, ayrı-ayrı ifaçıların, mövsüm ərzində fəallığı ilə seçilən teatr əməkdaşlarının mükafatlandırılması məqsədilə təsis olunub.

Xəbər lenti
0