Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanda erotik filmlərin istehsalına ziddiyyətli yanaşmalar

© Photo : GETTY IMAGESErotik film çəkilişi
Erotik film çəkilişi - Sputnik Azərbaycan
Abunə olmaq
Bu cür ekran əsərlərinin çəkilib-çəkilməməsi ətrafında sərt polemikalar gedir. Məsələyə milli mentalitet nöqteyi-nəzərindən yanaşanlarla yanaşı, incəsənətin sərhəd tanımadığını düşününlər də var.

BAKI, 19 iyul — Sputnik. Azərbaycanda erotik filmlərin çəkilib-çəkilməməsi məsələsi cəmiyyətdə qızğın müzakirələrə, bəzən gərgin polemikalara səbəb olur. Belə filmlərin çəkilməsinin tərəfdarları ilə yanaşı, qəti şəkildə buna qarşı çıxanlar da var.

Ümumiyyətlə, Azərbaycanda erotik filmlərin istehsalına başlanmalıdırmı? Bu cür məhsullar cəmiyyətin yaşatdığı dəyərlər sistemi ilə nə dərəcədə ziddiyyət təşkil edir və ümumiyyətlə ziddiyyət təşkil edirmi? Sputnik əməkdaşı bu və digər suallara mütəxəssislərdən cavab almağa çalışıb.

Erotika - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Erotika və porno – sənət, yoxsa əxlaqsızlıq?

Rejissor Tahir Tahiroviç: "Erotika kino janrlarından biridir. Yəni hansısa rejissorun bu janra müraciət etməsi normal haldır. O ki, qaldı cəmiyyətin reaksiyasına, təbii ki, erotik janrda olan filmə dövlət dəstəyinin olmasına inanmıram. Yaddan çıxarmayaq ki, biz mentalitetə bağlı xalqıq. Bu, hər yerdə özünü göstərir. Əgər rejissorun özü öz hesabına belə film çəkəcəksə, bu da birmənalı qarşılanmayacaq".

Ssenarist Tərlan Nur-Yaşar: "Kim nə çəkir, özü bilər. Əgər cəmiyyət düşünürsə ki, Azərbaycanda erotik film çəkmək olmaz, o zaman insanlar bu filmə baxmayacaq, gedib bilet almayacaqlar. Amma mənə elə gəlir ki, tənqid edənlərin çoxu, belə film çəkilərsə, gedib baxacaq. Məsələn, vaxt var idi, heç kim bananın dadını bilmirdi. Çünki istəsək belə, bazarda yox idi. İndi isə hər evdə banan var. Çünki ən ucuz və tapılan meyvədir. Bazarda olan meyvə mütləq satılacaq. Get-gedə ona da tələbat yaranacaq".

Bir çox yerli serialların və filmlərin rejissoru Samir Qulamov: "Hər bir rejissorun ilk tamaşaçısı ailəsidir. Çünki ilk olaraq rejissor fikirlərini ən əziz adamlarına göstərir və onların münasibətləri bütün sənətşunasların fikirlərindən maraqlı olur. Məncə, erotika çəkən rejissorun hansısa problemləri var. Həyatın bütün reallıqlarını çəkmək sənət sayılırsa, onda əvvəl ayaqyoludan başlamaq lazımdır. Rejissorlar da müxtəlif cür düşünürlər, bəlkə o, çəkdiyi bu cür filmlərdən zövq alır. Bəlkə ona bu, çox lazımdır. Bəlkə o, elə xəstədir. O cür filmlər bizim cəmiyyət üçün deyil. Kim o cür filmlərə baxmaq istəyirsə, onsuz da intenetdə baxacaq".

Sevinc Şabanova - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Erotik film çəkmək istəyən qız: "Ailəm tərəfindən problemlər yaşayıram"

Filmləri bir çox beynəlxalq festivallarda nümayiş olunan və qaliblər sırasına öz adını yazdıran gənc rejissor Fəhruz Şamıyev: "Yerli film bazarında belə filmlərə tələbat yoxdur. Azərbaycanda erotik film çəkilə bilər. Amma o filmin kimə lazım olub-olmayacağı sual altındadır. Yerli kino bazarında isə bu filmlərə ehtiyac yoxdur".

Azərbaycan, Türkiyə və digər xarici ölkələrdə yaratdığı obrazlarla yaddaşlarda qalmağı bacaran aktyor Kamran Ağabalayev: "Film erotik olsun, yaxud qorxu filmi olsun, yəni hansı janr olur olsun, ssenari yükü, mənası olmalıdır. Amalı, nəyə xidmət etdiyi bilinmirsə, tək erotika deyil, heç nə çəkilə bilməz. Qısası, erotika xatirinə erotika nəyə lazımdır?! Mən aktyor olaraq erotik filmə çəkilmərəm, çünki ilk izləyicilərim oğullarımdır və heç vaxt bir-birimizin başını aşağı etməyəcəyimizə dair söz vermişik. Yəni tək Azərbaycandan deyil, dünyanın hansı nöqtəsindən belə təklif gəlsə, çəkilmərəm".

Aktrisa Səbirə Həsəni: "Düzünü deyim, mən çəkilməmişəm elə rola. Amma bizim filimlərdə gördüyüm erotik səhnələri o qədər də uğurlu hesab eləmirəm. Bu cür filmlərə münasibətim normaldır, lakin özüm çəkilmərəm. Bunun əsas səbəblərindən biri cəmiyyətimizin erotik filmərə hazır olmamasıdır".

Xəbər lenti
0